SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Axundovlar yenə qalmaqalda: Deputatın qohumu niyə tutulub?

Axundovlar yenə qalmaqalda: Deputatın qohumu niyə tutulub?

Tarix:

16-10-2017, 22:37

/ 75 005 dəfə oxundu.
Axundovlar yenə qalmaqalda: Deputatın qohumu niyə tutulub?

Axundovların başı qalmaqallardan açılmır
Bu dəfə millət vəkili Elmira Axundovanın yaxın qohumu qaçaqmalçı kimi saxlanıb.
Oğlu Həbib Axundovun şərikinin dələduz əməlləri ilə uzun müddətdir ki. gündmdə olan E.Axundovanın indi də qohumu həbs edilib.
Belə ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıqda şübhəli bilinən şəxslər saxlanılıb.
Faktla bağlı istiqlal.az yazıb ki, saxlanılan şəxslər arasında deputat Elmira Axundovanın yaxın qohumu Azad Abdullayev, Peyman adlı İran vətəndaşı və bir neçə gömrükçü var.
Deputatın yaxın qohumu Masallı rayonun Mollaoba kəndindəndir. Sovetlər dönəmində Masallının Mollaoba kəndində zəliyetişdirmə kombinatı olub. Azərbaycan müstəqillik qazanandan sonra bu kombinat dağılıb.
İndi ölkədə zəli tədarükü lisenziyalaşdırılmış fəaliyyət növlərindədəndir. Deputatın qohumunun zəli qaçaqçılığına göə saxlanılması rayonda birmənalı qarşılanmayıb.
A.Abdullayev rəsmi sənədləşmədə göstəriləndən qat-qat artıq zəli tədarükü ilə məşğul olub və buna görə də istintaqçıların diqqət mərkəzinə düşüb.
A.Abdullayevin sosial şəbəkədəki profilində onun zəli işinə yaxınlığına dəlalət edən fotolar, uyğun şərhlər də var.
Axundovların adı tez-tez müxtəlif neqativ hadisələrdə çəkilir. Millət vəkilinin oğlunun adı qarışan 8 milyonluq dələduzluq işi hələ də davam edir və şəriki həbs edilib.
Eyni zamanda modelin dənizdə batması ilə bağlı H.Axundovun adı keçirdi. Deputat oğlunun dənizdə boğulan modelin yanında olduğu yazılırdı.
Bu dəfə isə qaçaqmal işində tutulan şəxs onlara qohum çıxıb.
Mətbuatda gedən son xəbərə görə, Rusiya Ali Məhkəməsi deputat oğlunun şəriki və yaxın ailə dostu, İnterpol xətti ilə axtarışda olmuş Elnur Rauf oğlu İbrahimovun Azərbaycana ekstradisiya edilməsi haqda yekun qərar çıxarıb.
Məsələnin mahiyyəti budur ki, H.Axundov və E.İbrahimov 2013-cü ilin əvvəlindən başlayaraq bizneslərini böyütmək adı ilə vətəndaşlardan pul toplamağa başlayıblar.
Ümumilikdə 8 milyon manat pul toplanıb. Vətəndaşlara bildirilib ki, onlardan alınan pullar ofis ləvazimatlarının, katriclərin ölkəyə gətirilməsi və satışının təşkilinə yönəldilir, əldə olunan qazancdan onlara dividend veriləcək.
Dividend ödənişi bir neçə ay davam edib. Həbib Axundov və Elnur İbrahimov dividend ödənişinin dayandırılmasının səbəbini izah etməyiblər.
Vətəndaşlar Ziya Vəliyev, Elvin Vəliyev, Sabir Ağayev, Fərman Məmmədov və Şahin Məhərrəmov H.Axundovla E.İbrahimovun şirkətinə yatırdıqları pulları geri tələb ediblər. Lakin pulları geri qaytarılmayıb.

Palitika.Az
Axundovlar yenə qalmaqalda: Deputatın qohumu niyə tutulub?
Axundovlar yenə qalmaqalda: Deputatın qohumu niyə tutulub?

Şərhlər

XƏBƏR LENTİ