SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Masallı sakini Cəlal Abıyevin Sahib Mirzəyevə şikayət dolu AÇIQ MƏKTUBU

Masallı sakini Cəlal Abıyevin Sahib Mirzəyevə şikayət dolu AÇIQ MƏKTUBU

Tarix:

25-09-2017, 23:02

/ 48 875 dəfə oxundu.
Masallı sakini Cəlal Abıyevin Sahib Mirzəyevə şikayət dolu AÇIQ MƏKTUBU

Redaksiyamız vasitəsiylə Masallı sakini Abıyev Cəlal Hamlet oğlu cənab Genral Sahib Mİrzəyevə müraciət edərək onun etdiyi şikayətini laqeyid yanaşma və inspektorun qanunsuz əməlinə haqq qazandırıldığını qeyd edir. Dövlət qurumlarının ən yüksə pillələrinə şikayət edən C.Abıyev genrala açıq məktub ünvanlamaq qərarına gələrək məktubunu dərc etməyimizi xahiş edib.

Həmin məktubu olduğu kimi dərc edirik:

Masallı şəhər sakini Abıyev Cəlal Hamlet oğlu tərəfindən

GENRAL SAHİB MİRZƏYEVƏ
AÇIQ MƏKTUB


Cənab Genral!
Yazıb diqqətinizə çatırmaq istəyirəm ki, mən Abıyev Cəlal Hamlet oğlu 90-FF-080 dövlət qeydiyyat nömrəli avtomobili həqiqi sahibi Sadıqov Səfa Əlipaşa oğlundan idarə etmək üçün etibarnamə almışam. Məsələnin isə mahiyyəti etibarnamənin mənə verilməsinə baxmayaraq avtomobili hər zaman deyil paytaxtda olduğum zamanlarda idarə etməyimdədir. Yüksək diqqətinizə çatırmaq istədiyim narahatçılığım isə Bakı Şəhər Dövlət Yol Polis inspektoru 10-P-050 minik vasitəsini idarə edən Babayev Əlmurad Elman oğlunun qanunsuz qəbul etdiyi qərarla bağlıdır.
BŞDYP-nin kiçik ispektoru Ə.Babayev 30.08.2017-ci il tarixində Sadıqov Səfa Əlipaşa oğluna məxsus olan 90-FF-080 dövlət qeydiyyat nömrəli avtomobili İstiqlaliyyət küçəsi ilə Niyazi küçəsinin kəsişməsində saxlatdıraraq onun idarə etdiyi avtomobilin ödənilməmiş cərimələri olduğun qeyd edib. Sürücü S.Sadıqov isə bununla bağlı ona və etibarnamə olan C.Abıyevə məlumat verilmədiyini qeyd etməsinə baxmayaraq inspektor qanunsus olaraq sükan arxasında olan S.Sadıqova deyil C.Abıyevin adına avtomobildə olan və ödənilmədiyi iddia edilən 5 ədəd MMX-nı yəni 250 manat dəyərində protokolu qərara almışdır. Məsələ araşdırılmamış və mənim istifadəmdə olan müddətdə deyil, sahibkarın istifadəsində olduğu zamanlarda radara düşən avtomobilin cərimələri qeyri qanuni olaraq mənim adıma sistemə vurulmuşdur. Sistemdə isə aşikar sükan arxasında mənim deyil məhz S.Sadıqovun olduğu qeydlərdə mövcudur. BŞDYP-nin 10-P-050 minik vasitəsini idarə edən Babayev Əlmurad qanunsuz əməli bununla bitməyib. Yuxarıda qeyd edilən saxlanılaraq 250 manat dəyərində protokolun aktiv edilməsindən 14 dəqiqə sonra 18:10 raddələrində avtomobili yenidən saxlatdırmış İXM-nin 327.2 maddəsini tətbiq etmişdir. Məsələ ilə bağlı sürücü S.Sadıqov mənə məlumat verərək avtomobilin onun idarə etdiyi halda inspektor Ə.Babayev cərimələri sürücüyə deyil C.Abıyevin üstünə yazdığın bildirib. Qanunun tələblərinə görə isə ödənilməmiş cərimə araşdırılmamış iki şəxsdən hansına istədi yazılması qanuna ziddir.
Ödənilməmiş cərimələrin olduğunu iddia edən inspektora qanunda göstərilən bildirişlərin vətəndaşın ünvanına gəlmədiyin bildirildiyi halda, sürücüyə deyil etibarnamədə olan şəxsin adına hansı məqsədlə yazdığına isə mənə qaranlıq qalıb. Həmin inspektorla əlaqə saxlayaraq mənim sükan arxasında olmadığım halda cərimələri mənim sürücülük vəsiqəmin üzərinə niyə qeyd etdiyin bunun qanuna zidd olduğunu bildirdikdən sonra ondan şikayət edəcəyimi qeyd etdim. O isə hara istiyirsən şikayət et mənim arxamda BŞDYP binasında 5-ci otağın inspektoru Aslan müəllimin durduğunu və ona heç kimin heçnə edə bilməyəcəyini vurğuladı.
Maraqlı bir məsələ isə ilk saxladığı vaxt MMX ödənilmədiyini qeyd edərək 250 manatlıq cərimə təbiq edən inspektor necə olur ki, 14 dəqiqədən sonra eyni maşını saxlatdıraraq 327.2 maddəsi tətbiq edilməsidir və bu maddədə sürücüyə deyil yenədə qanunsuz olaraq Cəlal Abıyevin adına qeyd edilib.
Hörmətli Ramil Usubov cənabları bu qanunu pozan DYP əməkdaşının arxasında kimin durub durmadığını deyə bilməsəmdə qanunlarımızın icra edilməsinin nümunəvi göstəricisi sizlərin mənin huquqlarımın bərqərar olmasına, və həmin inspektorun etdiyi qanunsuz əməlinə görə cəzalandırılmasına göstəriş verməyinizi sizdən bir Azərbaycan Respublikasının vətəndaşı kimi xahiş edirəm.

Hörmətlə: Abıyev Cəlal Hamlet oğlu

P.S. Yuxarıda qeyd edilən şikayətdən sonra işi araşdırmaq məqsədi ilə Bakı Şəhər DYP binasına çağrılaraq ərizəm qəbul edilmişdir. Amma hadisənin baş verməsi kamera görüntüləri və səs yazıları mənə təqdim edilməmiş məsələnin araşdırılması zamanı mənə aid olmayan cərimələr mənim üzərimdə qalaraq faizləri artmaqdadır.

Bakunews.az

Şərhlər

XƏBƏR LENTİ