SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Baş Prokurorluğun nümayəndə heyəti Rusiya Federasiyası İstintaq Komitəsinin yaranmasının 10 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmişdir

Baş Prokurorluğun nümayəndə heyəti Rusiya Federasiyası İstintaq Komitəsinin yaranmasının 10 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmişdir

Tarix:

25-09-2017, 22:44

/ 47 134 dəfə oxundu.
Baş Prokurorluğun nümayəndə heyəti Rusiya Federasiyası İstintaq Komitəsinin yaranmasının 10 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmişdir

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin dəvəti ilə 21-22 sentyabr 2017-ci il tarixlərdə Rusiya Federasiyası İstintaq Komitəsinin yaranmasının 10 illiyinə və Rusiya istintaq orqanlarının 300 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmişdir.
Rusiya Ordusunun Akademik teatrında keçirilən təntənəli mərasimdə Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinin tədbir iştirakçılarına ünvanlanmış video müraciəti nümayiş etdirilmişdir.
Mərasimdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinin rəhbərliyi altında bütün sahələrdə köklü və əsaslı islahatların həyata keçirildiyini vurğulayaraq ölkələrimiz arasında hərtərəfli, o cümlədən hüquqi sahədə əlaqələrin getdikcə genişlənməsini məmnunluqla qeyd etmişdir.
Azərbaycan Prokurorluğunun Rusiya Federasiyasının İstintaq Komitəsi ilə sıx əməkdaşlıq etdiyini bildirən Baş prokuror tərəflər arasında 2010 və 2015-ci illərdə müvafiq olaraq Əməkdaşlıq Proqramının və “Əməkdaşlıq haqqında saziş”in imzalanmasını diqqətə çatdırmışdır. Hər iki razılaşmanın ölkələrimizin hüquq mühafizə orqanları üçün mühüm əhəmiyyət kəsb etdiyi, qarşılıqlı səmərəli münasibətlərin və hüquqi əməkdaşlığın inkişafına töhfə verdiyi bildirilmişdir.
Mərasimdə Rusiyanın Azərbaycan ilə bütün sahələrdə uğurla əməkdaşlıq etdiyini vurğulayan Aleksandr Bastrıkin rəhbərlik etdiyi qurumun ölkəmizin hüquq mühafizə orqanları ilə əməkdaşlığının möhkəmləndirilməsinə xüsusi önəm verdiyini, münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə etmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu çıxış edərək Azərbaycan-Rusiya əlaqələrinin strateji xarakter daşıdığını, iqtisadi, humanitar və digər sahələrdə birgə layihələrin icra edildiyini, ölkələrimiz arasında əməkdaşlığın həm də regional səviyyədə intensiv inkişaf etdiyini bildirmişdir.
Səfər çərçivəsində Azərbaycanın nümayəndə heyəti Belarus və Qazaxıstanın nümayəndə heyətləri ilə işgüzar görüşlər keçirmiş, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.

Şərhlər

XƏBƏR LENTİ