SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda cinsi azlıqlara tapşırıq verildi: “Kölgəyə çəkilin”

Bakıda cinsi azlıqlara tapşırıq verildi: “Kölgəyə çəkilin”

Tarix:

25-09-2017, 17:58

/ 51 671 dəfə oxundu.
Bakıda cinsi azlıqlara tapşırıq verildi: “Kölgəyə çəkilin”

Son günlər Bakıda gey və homoseksualların, LGBT üzvlərinin kütləvi şəkildə saxlanıldığı və inzibati qaydada həbs edildiyi barədə məlumatlar yayılır. Xəbərlərdə bildirilir ki, son bir neçə gündə paytaxtda 100-dən çox homoseksual saxlanılıb. Saxlanılan cinsi azlıq nümayəndələri məcburi qaydada tibbi müayinədən keçirilir və onların QİÇS xəstəsi olub-olmadığı dəqiqləşdirilir. Polis cinsi azlıqların istifadə etdiyi mənzilləri, toplanış və əyləncə yerlərini, istifadə etdikləri nəqliyyat vasitələrini, onları himayə edən şəxslərin çevrəsini də müəyyənləşdirərək nəzarətə götürür.
Məlumata görə, saxlanılan şəxslərin məcburi müayinəsi olub. Aralarında QİÇS-ə yoluxanların olduğu da bildirilir. DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, son günlər Bakıda LGBT üzvlərinin saxlanıldığı barədə xəbərlər doğrudur, lakin bu hal kütləvi xarakter daşımır: “Vətəndaşların polisə daxil olan şikayətlər əsasında, Bakı şəhərində əsasən gecələr “fəaliyyət” göstərən cinsi azlıqlara qarşı əməliyyat keçirilib. Hər hansı xüsusi bir səbəb olmayıb. Vətəndaşlar şikayət edib, polis də şikayətə əsasən əməliyyat keçirib”.
Əldə etdiyimiz məlumata əsasən, Bakıda fəaliyyət göstərən LGBT təşkilatları son günlər baş verən olaylardan sonra kölgəyə çəkiliblər. Onlar öz üzvlərinə bir müddət, yəni ara sakitləşənə qədər ortalıqda görünməmək, hətta, ofislərə belə getməmək barədə tapşırıq veriblər.

Cebhe.info

Şərhlər

XƏBƏR LENTİ