SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Saatlıda məktəb direktorunun saxtakarlığı ifşa olundu - Ancaq...cəzasız qaldı

Saatlıda məktəb direktorunun saxtakarlığı ifşa olundu - Ancaq...cəzasız qaldı

Tarix:

23-09-2017, 10:01

/ 86 233 dəfə oxundu.
Saatlıda məktəb direktorunun saxtakarlığı ifşa olundu - Ancaq...cəzasız qaldı

Son vaxtlar bir sıra məktəb direktorlarının saxtakarlıq etməsi, müxtəlif adlarla valideynlərdən pul yığmaları, məktəbli formasını dəyərindən 2 qat artığına satmaqla təhsil müəssisəsini bazara çevirmələri faktları çoxalmaqdadır. Söz yox ki, belələri layiq olduqları cəzaları alırlar. Ancaq təəssüf ki, saxtakarlığı təsdiqlənən bəzi məktəb direktorları hələ də cəzasız qalıb. Bunun səbəbini isə bilən yoxdur. Belələrindən biri də Saatlı rayonunun Əliabad kəndində Qarabağ döyüşlərində şəhid olmuş Vidadi Zərbəliyev adına orta məktəbin direktoru Şakir Əsədovdur.
Şakir Əsədov özünə yaxşı qazanc yeri tapıb. Məktəbin sağlam şagirdlərini xəstə adı ilə məkrəbdən kənarlaşdırır və guya onlara xeyirxahlıq edir. Əslində isə, “evdə təhsil” adı ilə pul toplayır. Direktor özünə yaxın olan müəllimlərin dərs saatını arırmaq adı ilə bəzi müəllimlərdən pul alır və onlara əlavə dərs saatı verir. Ş.Əsədov pul aldığı müəllimə deyir ki, sənə “evdə təhsil” yazıram. Guya gedib evdə uşağa dərs keçirsən. Sonra da gülə-gülə deyir ki, guya elə məktəbdə dərs keçməkdən yorulmuşuq, indi də evdə dərs keçəcəyik. Bunu heç kim yoxlamır. Çünki hamının haqq-hesabı çatır. Nə də dərs dediyin uşağın zəif nəticə və ya yaxşı nəticə göstərməsi ilə maraqlanan yoxdu. Şakir müəllim deyir ki, “evdə təhsil” alan uşağın valideyninə dövlət hər ay 20 manat verir. Bu da birləşmiş mühasibatlığın rəhbəri Rahim müəllimə qaldığından daha evdə təhsillə maraqlanan yoxdu.
Direktorun bu saxtakarlığı yaxın qohumu Yəhya Əzizovun müxtəlif təşkilatlara, prokurorluq orqanlarına yazdığı çoxsaylı şikayətlərdən sonra ifşa olundu. Sən demə, Şakir müəllim qohumu Yəhyanın uşağını zorla,ağlada-ağlada məktəbdən çıxarıb və deyib ki, sənə evdə dərs keçəcəklər. Sinif yoldaşlarından ayrılmaq istəməyən uşağı zorla məktəbdən kənarlaşdırıblar. Yəhya da müxtəlif təşkilatlara ərizə yazaraq bildirb ki, ay məmurlar, mənim uşağım xəstə deyil, sağlamdı. Qoyun gəlsin məktəbdə uşaqlarla birlikdə təhsil alsın. Şakir müəllim isə pul aldığı müəllimləri dərslə təmin etmək üçün sağlam şagirdi zorla xəstə edib. Nəhayət, məsələ gedib prokurorluq orqanlarına çıxıb və bundan sonra Yəhya Əzizovun sağlam uşağı məktəbdə sinif yoldaşları ilə birlikdə təhsilini davam etdirib və bu gün də davam etdirir.
İndi Şakir Əsədov başqa bir “xəstə” uşaq axtarır ki, bəzi müəllimlərə, əlbəttə, pul verənlərə “evdə təhsil” versin. Deyir ki, siz uşaq tapın, valideynini razı salın, birləşmiş mühasibatlıq mənim boynuma.
Görünür direktor əvvəlki saxtakarlıqdan sonra cəzasız qaldığından yenidən “xəstə” şagird və üzuyola valideyn axtarışına çıxıb. Cəzasızlığın sonu həmişə bax belə növbəti saxtakarlığa, korrupsiyaya və rüşvətxorluğa yol açır.

Akif Quliyev, Saatlı rayonu
DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ