SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Avtoxuliqan oğlunu məsuliyyətdən yayındıran Sabirabadlı məmur- 60 min manatlıq RÜŞVƏT

Avtoxuliqan oğlunu məsuliyyətdən yayındıran Sabirabadlı məmur- 60 min manatlıq RÜŞVƏT

Tarix:

22-09-2017, 11:58

/ 99 167 dəfə oxundu.
Avtoxuliqan oğlunu məsuliyyətdən yayındıran Sabirabadlı məmur- 60 min manatlıq RÜŞVƏT

Son zamanlar korrupsiyaya uğramış məmurlar və onların qudurğan övladları ilə bağlı qalmaqallar ölkə gündəmindən düşmür.
Əslində hansısa məmur övladının və ya yaxın qohumunun qanunsuz addımlarında həmin məmurun özü də ən az onlar qədər məsuliyyət daşıyır. Daha doğrusu hər şeyin kökü orada dayanır: Məmur və ya sıravi vətəndaş olmasından asılı olmayaraq hər bir ata, nəsil ağsaqqalının tərbiyəsində, davranışlarında problem varsa, mütləq həmin ailədə böyüyən uşaqlar da həmin xarakterə sahib olacaq. Tərbiyə insana Allah vergisi deyil ki?! Hər kəs tərbiyəni görüb-götürür.
Dövlət üçün başağrı
Təbii ki, bunu bütün məmur övladlarına aid etmək olmaz. Övladları, qohumları savadlı, intellektli, ailəsi hər kəs üçün örnək ola biləcək, dövlətə vətənə sadiq kifayət qədər məmurlarımız, generallarımız var. Amma nə yazıq ki, qoçu yetişdirməkdə az qala biri-biri ilə yarışa girən vəzifəli şəxslərimiz də az deyil. Onlar sanki öz övladlarına ailə tərbiyəsi əvəzinə cəmiyyətə qənim kəsilməyin yollarını aşılayırlar. Nə dövlətə, nə də vətəndaşlara hörmət edirlər. Adi insan anlayışı bunlar üçün özündə heç nəyi ehtiva etmir. Məmur övladlarının, general qohumlarının bu cür harınlığı birinci dəfə deyil. Vaxtaşırı olaraq biz onların qanunsuzluqlarının şahidi oluruq. Kriminal insanlar qalıb bir kənarda məmur övladları camaat, dövlət üçün ciddi başağrısına çevrilib. Onların atdığı hər addım dövlətçilik sistemində bir zərbədir. Onların harınlığı üzündən vətəndaşlarda dövlətə qarşı bir narazılıq yaranır. Cəmiyyətdə belə bir düşüncə formalaşıb ki, bütün bunların artmasına dövlət şərait yaradır, göz yumur. Özbaşınalığı ilə ad çıxaran məmur övladlarının vaxtında islah olunması, az da olsa digərlərinin qanunsuzluqlarının qarşısını alar. Bu addımı məmurlardan gözləməyə dəyməz. Onların tərbiyə vermək bacarığı olsa, bunu elə ən başda edərdilər. Tərbiyə edib, cəmiyyətə ötürdükləri uşaq sonradan cəmiyyət üçün baş bəlasına çevrilməzdi. Deməli, onlarda övladlarına verəcək tərbiyə yoxdur. Əslində buna təəccüblənməməliyik. Məhz bu cür gənclərin valideynləridir ki, onların yol verdikləri qanunsuzluqlar ucbatından ölkəmiz ikiqat böhrana məruz qalıb. Qlobal dünya böhranından əlavə məmurlarımız da ölkəmiz üçün bir problemə çevrilib.
60 minlə cəzadan qurtuldu
Böyük vəzifəliləri, komitə sədrləri, generalları, nazirləri qoyaq kənara. Əyalətdəki məmur övladları belə qudurğanlıq edirlər. Etdikləri cinayətlər də çox zaman ört-basdır edilir.
Məsələn bu ilin iyun ayında Sabirabad Sukanal idarəsinin rəisi Xaləddin Şahbazovun oğlu avtoxiliqanlıq edərkən piyadaya ağır xəsarət yetirib.
Bu əsnada verilən xəbərə görə Şahbazov oğlunu 60 min qarşılığında məsuliyyətdən yayındıra bilib. Bax bu Xaləddin Şahbazovun özünü götürək. Oğluna nə tərbiyə verəcək?
Korrupsioner olması bir yana, rayondakı “Muğan” otelində yüngülməcaz qadınlarla mütamadi görüşməsi, eyş-işrət məclislər düzənləməsi sabirabadlılar üçün heç də sirr deyil. Bunlar adi məmurun əxlaqına, davranışına sığımayan şeylərdir.
Dövlətdən oğurlanan pullarla Bakıdakı məşhur otellərin birində də tez-tez görüşlər keçirir Xaləddin Şahbazov. Rəhbrliyin xəbəri varmı? Hər halda bu yazıdan sonra mütləq olacaq. Sabirabad “Don Juan”ı haqda araşdırmamız davam edəcək.

Qarşı tərəfi dinləməyə hazırıq.

Realmedia.az

Şərhlər

XƏBƏR LENTİ