SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Baba Rzayevin Bərdədəki “ziya”sı 45 mini kimlərdən yığıb?

Baba Rzayevin Bərdədəki “ziya”sı 45 mini kimlərdən yığıb?

Tarix:

22-09-2017, 09:36

/ 94 288 dəfə oxundu.
Baba Rzayevin Bərdədəki “ziya”sı 45 mini kimlərdən yığıb?

“Azərişıq” ASC sədri Baba Rzayevin Bərdə rayonuna təyin etdiyi kadr böyük maliyyə cinayətlərinə yol verməkdə ittiham olunur
Bərdə Enerji Satışı və Təchizatı İdarəsi rəisi Ziya Quliyev müxtəlif obyekt və müəssisələrə qeyri-qanuni enerji paylamaq, oğurluq xətt satmaq yolu ilə pul qazandığı söylənir.
Bu haqda idarənin adının çəkilməsini istəməyən əməkdaşı məlumat verib.
Onun təqdim etdiyi sənədlərdə və məlumatlarda konkret olaraq hansı obyekt sahiblərindən qeyri-qanuni pul alındığı açıqlanıb.
“Azərişıq” ASC-nin regional nümayəndəsi Saleh Abdullayevin adından sui-istifadə etdiyi bildirilən Ziya Quliyev “Azərişıq”ın ziyasını satışa çıxarıb.
Məlumatda adı ilk keçən Qılıçlı kəndində dəyirman işlədən Xanlar Xanlarovdur. Z.Quliyevin ona oğurluq xəttə şərait yaratdığı bildirilir. Deyilənə görə, bunun müqabilində 5 min manat alıb.
Bərdənin Koroğlu küçəsində kağız sexi işlədən Muğan Məmmədov isə 3 faza sayğaca güc artımı adı ilə 3 min manat verib.
Lək kəndində market sahibi olan Mütalib isə texniki şərtə görə 7 min manat ödəyib. Mehdili kənd ərazisində soyuducu anbar kompleksinin rəhbəri Vahid Rzayev də 20 min manat pul verib.
Nəhayət, Kəlbəcərdən köçkün olan Şahin adlı sahibkardan sayğaca müdaxilə adı ilə 4500 manat alıb. Bütün bu işlər həyata keçirilərkən Bərdənin işıq idarəsi müdiri 45 min manat gəlir əldə edib.
Ancaq onun yaratdığı qanunsuzluq təkcə maddi ziyanla ölçülmür. Bərdədə iki nəfərin həyatına son qoyan Z.Quliyev rayona “gün verib, işıq vermir”.
Belə ki, iki ay əvvəl 35 kvadratlıq obyektin yerlə məsafəsi aşağı olduğu üçün ölüm hadisəsi qeydə alınıb.
Qaradəmirçi kəndində isə obyektin işığını kəsilib. Sahibkar 10 min manat cərimə olunacağına görə 10 kilovatlıq xəttə girərək intihar edib.
Bu faktları təqdim edən idarə əməkdaşı Z.Quliyevdən ciddi narazılıq olduğunu qeyd edib.
Onun sözlərinə görə, B.Rzayevə göndərilən məktublarda idarə rəisinin fəaliyyətindən bəhs olunub. Amma ASC şefi hələ ki ölçü götürməyib.
Bərdənin işıq təsərrüfatı isə bərbad gündədir. Elektrik dirəkləri yenilənməlidir, kəndlərdə bu problemlər aradan qalxmalıdır, obyektlərə qanunsuz borc yazmalar, sayğaca müdaxilə adı ilə pul istəmələr, əlavə oğurluq xətt qoşmalar və rüşvət yığmalar adiləşib. İş adamlarə deyirlər ki, onları Bərdənin işıq idarəsi müdiri işləməyə qoymur.
Bundan əvvəl də sahibkarlar Əfqan Məmmədov və Vilayət Mehdiyev mətbuata müraciət ediblər.
Onlar deyirdilər ki, Bərdə elektrik şəbəkənin yaratdığı problem səbəbindən təsərrüfatları ziyana düşür:
“2006-ci ilə kimi təsərrüfatımızda elektrik enerjisi yox idi. Problemlə bağlı Bərdə elektrik şəbəkəsinə muraciət etdik. Müraciətmiz əsasında Bərdə elektrik şəbəkəsi tərəfindən təsərrüfatlarımızda abunə kodları açıldı, sayğac quraşdırıldı, elektrik enerjisi ilə təmin edildi. Təsərrüfatlarımızda olduğumuz vaxtlar istifadə etdiymiz enerjinin haqqını ödəmişik.
Buna baxmayaraq Bərdə elektrik şəbəkəsi Nazirlər Kabinetinin 39 saylı 17 fevral 2012-ci il tarixli qərarında qaydaların 9.13-cü bəndini kobud şəkildə pozaraq, rəsmi bildiriş təqdim etmədən 18.06.2017-ci il tarixdən elektrik verilişini dayandırıb”.
Sahibkarlar deyirlər ki, şəbəkənin əməkdaşları enerjinin verilişini bərpa etmək üçün qanunsuz şərt qoyurlar:
“Şəbəkə əməkdaşları elektrik sayğacını açaraq çox uzaqda yerləşən transfarmator məntəqəsinə quraşdırmaq istəyirlər. Bu da transfarmator məntəqəsinə şərik olan şəxslərin hüquqlarının pozulması deməkdir”.
Bu ittihamlarla bağlı S.Abdullayev və Z.Quliyevlə əlaqə saxlamaq mümkün olmadı.

Hər iki tərəfi dinləməyə hazırıq.

Palitika.Az

Şərhlər

XƏBƏR LENTİ