SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Tender kralı” Ramazan Məmmədovun şirkəti vergidən yayınır?

“Tender kralı” Ramazan Məmmədovun şirkəti vergidən yayınır?

Tarix:

22-09-2017, 08:57

/ 90 373 dəfə oxundu.
“Tender kralı” Ramazan Məmmədovun şirkəti vergidən yayınır?

Dövlətin milyonlarını oğurlayan sabiq aparat rəhbəri Vidadi Zeynalovun ortağı Hacı Ramazanın böyük biznes şəbəkəsi…
Adı Bakı Şəhər İcra Hakimiyyətinin keçirdiyi tenderlərinin qalibi kimi hallanan “tender kralı” Ramazan Məmmədovla bağlı yeni məlumat var. Belə ki, uzun müddət etdiyi qanunsuzluqları və çirkli maliyyə əməliyyatlarını mətbuatdan gizlətməyi bacaran Hacı Ramazanın şirkətləri bardə məlumat daxil olub. Həmin məlumatda vurğulanır ki, paytaxtda uzun müddətdir fəaliyyət göstərən “Məmmədoğulları” MMC şirkəti dövlətin milyonluq tenderlərini “udaraq” imkanlarını genişləndirən Ramazan Məmmədova məxsusdur.
Binəqədi rayon Biləcəri qəsəbəsində fəaliyyət göstərən bu şirkətin müxtəlif xidmət profilləri var. İstehsalatdan tutmuş xidmət sahəsinə qədər bütün növ biznes fəaliyyətləri ilə məşğul olan “Məmmədoğulları” MMC-nin böyük torpaq əraziləri, çoxlu sayda kiçik şirkətləri də mövcuddur. Daxil olan məlumatda vurğulanır ki, Bakı Şəhər İcra Hakimiyyətinin tenderlərini “udan” Ramazan Məmmədov həyata keçirtdidyi bütün tikinti işlərində “Məmmədoğulları” MMC-nin istehsal etdiyi mal – materallardan istifadə edib. “Tender kralı” dövlətdən udduğu tenderlərin bütün sifarişlərini özünün şirkətinə yönəldib. Bu prosesdə materialların qiymətinin bir neçə dəfə şişirdildiyi bildirilir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalovun ortağı və yaxın dostu olan Ramazan Məmmədova məxsus “Məmmədoğulları” MMC-i Eldar Mahmudovun nazir olduğu dövrdə parlayıb. Belə ki, keçmiş MTN nazirinin tikinti sektorunda əsas adamı kimi tanınan “Akula” ləqəbli Akif Mustafayevlə yaxın dost olan Ramazan Məmmədov bir neçə il ardıcıl olaraq Bakı Şəhər İcra Hakimiyyətinin ən böyük tenderlərininin “qalibi” olub. Çünki Ramazan Məmmədova bu tenderləri veriblər. İnformasiya mənbəmiz bildirir ki, Ramazan Məmmədov tenderlərdən əldə etdiklərinin bir hissəsini Vidadi Zeynalov və Akif Mustafayev vasitəsi ilə Eldar Mahmudova, bir hissəsini isə Bakı meri Hacıbala Abutalıbovla və prezidentin hazırkı iqtisadi müşaviri Əli Əsədova çatdırıb.
Ramazan Məmmədova yaxınlığı ilə tanınan şəxsin verdiyi məlumata görə “tender kralı” indinin özündə də məclislərdə Vidadi Zeynalovu, Eldar Mahmudovu və Əli Əsədovu ağzıdolusu tərifləyir. İnformaisya mənbəmiz bildirir ki, Vidadi Zeynalovun həbsi və Eldar Mahmudovun vəzifəsindən uzaqlaşdırılmasından sonra Ramazan Məmmədov bir müddət səssizliyə çəkilib. Ölkədən çıxmaq istəsə də buna nail olmayıb. Və əlacsız qalaraq heç kəsin gözünə görünməyərək özünü unutdurub. Məlumatda Ramazan Məmmədovun MTN işində baş verən həbslərdən sonra ciddi şəkildə qorxuya düşərək hakimiyyətin yuxarı dairlərinə minnətçi düşərək onun sadəcə Vidadi Zeynalovla biznes sahəsində ortaq olduğunu və heç bir işə qarışmadığını bildirib. Bir neçə dəfə Rəfael Mehrəliyevlə birlikdə Əli Əsədovun qəbulunda olan Ramazan Məmmədov ondan kömək istəyib. Mənbəmiz qeyd edir ki, uzun müddət qorxu içində olan Ramazan Məmmədova 8 ay sonra “yaşıq işıq” yandırılıb.
Mənbə qeyd edir ki, Vidaid Zeynalovla birlikdə paytaxtın müxtəlif rayonlarında çoxlu sayda torpaq sahələri alan Hacı Ramazan xeyli sayda market və obyektlərə sahibdir. AzToday.az-a verilən məlumata görə Biləcəri qəsəbəsindəki “Məmmədoğuları” MMC təkcə kirayə verdiyi servislərdən ayda 100 min manat qazanc əldə edir. Ancaq digər ilginc bir məlumatda isə vurğulanır ki, şirkətin ofisində fəaliyyət göstərən sexlərin birində paytaxt marketlərinə satılan mallardan birinin “paddelka”sı istehsal olunur. Hər il “Məmmədoğulları” MMC-nin milyonlarala manat qazanc əldə etməsinə baxmayaraq dövlətə çox cuzi vergi ödədiyi də bildirilir…

Mənbənin sözlərinə görə, Ramazan Məmmədov ortaq biznesi ilə bağlı həbsdə olan Vidadi Zeynalovu mütəmadi olaraq məlumatlandırır.

Yazıda səslənən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

AzToday.az

Şərhlər

XƏBƏR LENTİ