SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Hadisə yerindən qaçmış sürücü həbs edilib - RƏSMİ

Hadisə yerindən qaçmış sürücü həbs edilib - RƏSMİ

Tarix:

21-09-2017, 15:39

/ 108 445 dəfə oxundu.
Hadisə yerindən qaçmış sürücü həbs edilib - RƏSMİ

Sentyabrın 17-də saat 23 radələrində Xırdalan şəhəri ərazisində naməlum sürücünün idarə etdiyi “Mersedes Benz” markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən piyada - 1974-cü il təvəllüdlü Ağayeva Səmayə Sabir qızını vuraraq hərəkət zolağının qarşı tərəfinə çıxıb “Ford” markalı 99-HP-526 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq hadisə yerindən qaçmış, piyada isə aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür.

xalqxeber.az-a Baş Prokurorluqdan daxil olan məlumatda deyilir ki, fakta görə Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmışdır.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin 1990-cı il təvəllüdlü, Binəqədi rayon sakini Ruzpeykar Orxan Rüfət oğlu tərəfindən ona məxsus ”Mersedes Benz E 240” markalı 90 CP 033 dövlət qeydiyyat nişanlı avtomobillə törədilməsi müəyyən edilmiş və o, sentyabrın 20-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

O.Ruzpeykar iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ