SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » General Quliyevin məhkəməsində butulka davası düşdü

General Quliyevin məhkəməsində butulka davası düşdü

Tarix:

21-09-2017, 13:44

/ 110 367 dəfə oxundu.
General Quliyevin məhkəməsində butulka davası düşdü

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Elçin Quliyev məhkəmədə şahidlərin öyrədildiyini bildirib: "Bunların hamısı papaq altında oturanlardır".
Maqsud Mahmudov isə buna etiraz edib: "Sənin kimi şərəfsiz, ləyaqətsiz generallar Heydər Əliyevin yaratdığı MTN-i dağıtdılar. Sən o şöbədə nə işləmisən? Hamı İlqar elədiyini deyir. Amma epizodları sən danışırsan".
Bu zaman Elçin Quliyev yerindən qalxaraq zərərçəkənləri hamısını dələduz adlandırıb: "Bunlar hamısı prokurorun öyrətdikləri adamlardır. Bığ altında yatanları bura gətiriblər".
Mübahisə qızışıb. Elçin Quliyev və Maqsud Mahmudov bir birinə su butulkasını atıblar.

Hakim Maqsud Mahmudovu zaldan çıxarılıb.

Proses sabah davam edəcək.

Şərhlər

XƏBƏR LENTİ