SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » «Qatar Airways» və «Sədərək Travel» vətəndaşın 8 min manatını qaytarmır (ŞİKAYƏT)

«Qatar Airways» və «Sədərək Travel» vətəndaşın 8 min manatını qaytarmır (ŞİKAYƏT)

Tarix:

21-09-2017, 13:43

/ 110 610 dəfə oxundu.
«Qatar Airways» və «Sədərək Travel» vətəndaşın 8 min manatını qaytarmır (ŞİKAYƏT)

Qəfildən səhhətində problem yarandığından səfər edə bilmədiyi üçün, aldığı təyyarə biletlərini qaytarmaq istəyən vətəndaş “Qatar Airways” şirkətindən pulunu ala bilmir.
Bu barədə Bakı sakini Rafiq Cavadovun göndərdiyi şikayət məktubunda bildirilir. O, uzun müddətdir aviaşirkətin onları get-gələ saldığını və biletlərə ödədikləri pulu qaytarmaq istəmədiklərini deyib. Sözügedən məktubu sizlərə təqdim edirik:
“Mən 14 avqust 2017-ci il saat 03:30 (gediş)-24 avqust 2017-ci il saat 10:30 (dönüş) Bakı-Doha Hamad-Sinqapur-Doha Hamad-Bakı təyyarə reysinə özum daxil olmaqla ailə üzvlərimlə birlikdə 5 (beş) aviabilet aldım. Bu biletlərə cəmi 8046 AZN ödəmişəm. 5 avqust 2017-ci il tarixində səhhətim pisləşdi və klinikaya yerləşdirildim. Səhhətimdə ciddi porblemlər olduğu üçün həkimlər təyyarədə uçmağa icazə vermədi və buna görə də biz “Qatar Airways” şirkətinin xitmətindən istifadə etməkdən imtina etmək üçün biletləri qaytarmaq istədik. Biletləri aldığım “Sədərək Travel”dən xahiş etdim ki, səhhətimdə ciddi problemlər olduğu üçün biletləri qaytarsınlar. Bununla bağlı “Sədərək Travel”in əməkdaşı Lalə xanım “Qatar Airways” şirkətinin Bakı ofisinə zəng edərək məlumat verib. Həm də elektron poçta məktubla müraciət edib.
From: Info [mailto:[email protected]]

Sent: Friday, August 11, 2017 1:21 PM

To: 'Aynur Yaradanguliyeva'

Subject: qruppa

Dobriy den, Aynur xanim u nashey qruppi opyat problema,ya znayu bileti ne vozvratniye,no v qruppe odin zabolel (Javadov Rafig) emu vraci ne razreshayut letet .Polucaetsya cto I semya ne poletit

Aghayeva Gultakin –jena , deti Javadov Elchin, Javadova Gulnar i Javadov Ulvi.Esli vrac dast spravku, mojno cto nibud zdelat?

Spasibo
"Sədərək Travel”in əməkdaşı Lalə xanım bildirdi ki, məlumatı onlara çatdırıb. Həm də özünüz "Qatar Airways" şirkətinin ofisinə yaxınlaşıb bileti onlara qaytarın.
Bununla bağlı 12 avqust 2017-ci il tarixində "Birdge Plaza ground floor"da yerləşən ofisə yaxınlaşdım. Ofisin qapısının üstündə həftənin 1-ci və 5-ci günləri iş vaxtı saat 09:00-dan 18:00-a kimi qeyd olunmuşdu. 012-404-89-04 telfon nömrəsinə zəng etdim, lakin mənə cavab verilmədi. "Qatar Airways" şirkətinin “Facebook” səhifəsinə biletləri qaytarmaq üçün müraciət etdim. Cavab olaraq bildirdilər ki, bununla bağlı siz Bakı ofisinə yaxınlaşıb sənədlərinizi təqdim eməlisiniz. Sənədlərimizi Bakı ofisinə təqdim etdikdən sonra - 22 avqust 2017-ci il tarixdə bizə mənfi cavab verdilər. Bakı ofisinin müdiri ilə görüşmək istədik. Bildirdilər ki, ofis müdiri məzuniyyətdədir, onun fikri də mənfidir və biletlərə ödədiyiniz pul qaytarıla bilməz.
Bununla bağlı dəfələrlə “Qatar Airways” şirkətinə yazılı müraciət etməyimizə baxmayaraq bizi ötür-ötür oyununa salıblar. 6 Sentyabr 2017-ci il tarixində [email protected] e-maildən belə cavab gəldi ki, bütün müvafiq tibbi sənədlərlə birgə bileti verən nümayəndəliklə əlaqə saxlayın.
Bu cavabdan sonra yenə "Qatar Airways" şirkətinin Bakı ofisinə yaxınlaşıb lazımi sənədləri təqdim etdik. Amma heç bir faydası olmadı, bildirdilər ki, biletin qaytarılması mümkün deyil!
Hazırda müalicə alıram. "Qatar Airways" şirkətinin bizə vurduğu həm maddi, həm də mənəvi ziyan gündən-günə bizim vəziyyətimizi pisləşdirir. Əsəb və gərginlik içərisindəyik.
Hesab edirik ki, bizim istehlakçı hüqüqlarımız kobud şəkildə pozulur. Xahiş edirik ki, təyyarə biletlərinə ödədiyim 8046 AZN pulu bizə qaytarmaqda kömək edəsiniz”.
Şikayətlə bağlı "Qatar Airways" aviaşirkəti ilə əlaqə saxladıq. Şirkətin marketinq və kommersiya üzrə icraçı direktoru Ələkbər Eyvazlı saytımıza açıqlamasında biletlərin onlardan deyil, "Sədərək Travel"dən alındığını və bu kimi məsələlərə də birbaşa onların baxmalı olduğunu bildirdi:
"Həmin tarixdə 2 ailə uçmalı idi ki, onlardan biri Cavadov Rafiqin ailəsi idi. Cavadov Rafiqdə bronxit xəstəliyi olduğu üçün uça bilməyib. Birincisi bilet bizdən deyil, “Sədərək Travel” adlı tur agentliyindən alınıb, yəni texniki olaraq pul bizə ödənilməyib. Biz bu məsələdə vasitəçi rolunda çıxış edirik, yəni sadəcə olaraq hava daşıyıcısıyıq. Bizə heç bir komissiya haqqı ödənilmədiyi halda kimsə fikrini dəyişib, uçmaq istəməyəndə nədənsə həmişə bizə müraciət edir. Burada müraciət edilməli olan tərəf biz deyil, "Sədərək Travel" olmalıdır.
İkincisi biletlər birbaşa bizdən alınsaydı belə uçuş 14 avqust tarixində gerçəkləşdirilməli olduğu halda sənədləri bizə avqustun 16-da, yəni uçuşdan 2 gün sonra gətiriblər ki, bu da artıq gecdi.
Üçüncüsü isə şirkətimizin qaydaları çərçivəsində, qrup uçuşlarda uçuş tarixi hansı saatda göstərilibsə, o tarixdə də gerçəkləşdirilməlidir. Yəni 14 avqust şənbə gününə (qeyri iş günü) deyil, həftənin 3-cü gününə təsadüf etsəydi və bizə elə həmin günü uçuşu ləğv etmək, yaxud başqa bir tarixə keçirmək üçün müraciət edilsəydi belə, yenə də biz bunu dəyişə bilməyəcəkdik. Çünki şirkətimizin daxili qaydaları buna icazə vermir. Xüsusi biletlərdə bunu etmək mümkündür. Bildiyiniz kimi, yanaşı yerlərdə 500 manata da bilet tapmaq olar, 1000 manata da. Məsələn, 500 manatlıqda tarix dəyişdirmək olmursa, 1000 manatlıq biletlərdə tarix, ad dəyişmək və s. xüsusiyyətlər olur. Rafiq Cavadovun ailəsi üçün aldığı biletlər də qrup biletlər sinfinə daxil idi ki, 5 nəfər üçün alınan həmin biletləri ləğv etmək və ya başqa tarixə keçirmək imkanımız yoxdur.
Dünyada fəaliyyət göstərən istənilən aviaşirkət, istər bizimki, istər AZAL və s. olsun, turizm agentlikləri ilə münasibətləri beynəlxalq müstəvidə, İATA sazişinə əsasən qurur. Bu, Azərbaycan qanunvericiliyi deyil, ondan da ali qanunvericilikdir. Yəni, sırf bu tip münasibətlərin tənzimlənməsi üçündür. Burada məsələ bizim "Sədərək Travel" şirkətinə yazmağımız və ya onların bizə müraciət etməsi deyil. Bu müqaviləyə əsasən pul müştəri tərəfindən "Sədərək Travel"ə ödənilib və istənilən məsələlərdə, ya biletin dəyişdirilməsi və yaxud da ləğvi onlar tərəfindən icra olunmalıdır. Əgər bilet bizim ofisdən alınsaydı, o zaman məsələ tamamilə başqa cür ola bilərdi. Normalda bu kimi məsələlərə baxmırıq, amma səbəb xəstəlikdirsə, o zaman müştəriyə müəyyən qədər güzəşt etmək olardı. Lakin dediyim kimi bilet bizdən alınmayıb və bizə bu haqda gec, yəni 16-sı informasiya verilib".

"Sədərək Travel" şirkətindən verilən məlumata görə, müştəriyə sözügedən biletləri alarkən dəyişdirmək və ya ləğv etməyin mümkün olmayacağı öncədən bildirilib:
“Elə biletlər var ki, cərimə ilə geri qaytarıla və ya ləğv edilə bilər. Lakin Rafiq Cavadovun aldığı biletlər dəyişdirilməyən və ləğv edilə bilməyən kateqoriyadan olub. Biz də həmin biletləri yazarkən bunu ona bildirib, razılığını almışıq. Amma belə bir vəziyyət daha öncə başqa bir havayolu şirkəti ilə də yaşanıb ki, biz əməkdaşlıq etdiyimiz həmin şirkətlə danışaraq müştərini məmnun şəkildə yola salmışıq”.

Qaynarinfo.Az
«Qatar Airways» və «Sədərək Travel» vətəndaşın 8 min manatını qaytarmır (ŞİKAYƏT)
«Qatar Airways» və «Sədərək Travel» vətəndaşın 8 min manatını qaytarmır (ŞİKAYƏT)

Şərhlər

XƏBƏR LENTİ