SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycanda daha iki iri məmur quda oldu - Bu gün toydur

Azərbaycanda daha iki iri məmur quda oldu - Bu gün toydur

Tarix:

20-09-2017, 16:27

/ 56 812 dəfə oxundu.
Azərbaycanda daha iki iri məmur quda oldu - Bu gün toydur

Özləri sevib, evlənmək qərarı veriblər.

Bu gün Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun ailəsində şad gündür.

İcra başçısının qızı gəlin köçür.

Məlumata görə, onun qızı Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Kamal Axundovun oğlu Pərviz Axundovla ailə qurur.

Toy mərasimi Bakıdakı məşhur restoranlardan birində baş tutacaq. K. Axundov təsdiqləyib. Bildirib ki, bu evlilik gənclərin öz seçimi olub: "Kimisə məcburən, zorla evləndirmək olmaz ki... Özləri sevib, evlənmək qərarı veriblər. Allah hamının balasını xoşbəxt eləsin, bizimkilər də içərisində”.

Onu da bildirək ki, Pərviz Axundov tələbədir, hazırda Azərbaycanda ali məktəblərdən birində təhsil alır.

Şərhlər

XƏBƏR LENTİ