SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 7-ci dəfə tutulan oğru - “Girib evlərdə yemək yeyirdim”

7-ci dəfə tutulan oğru - “Girib evlərdə yemək yeyirdim”

Tarix:

20-09-2017, 16:06

/ 53 828 dəfə oxundu.
7-ci dəfə tutulan oğru - “Girib evlərdə yemək yeyirdim”

ARB TV-nin “Rezonans” verilişində 7 dəfə məhkum olmuş Rafael Ağamalıyevin həbsxana hekayəsini təqdim edirik:

Rafael Ağamalıyev (cəzası: 3 il 6 ay, ümumi 24 il):

“Birinci dəfə divarı sökmüşəm. Kondisioner, sərinkeş, televizor və s götürüb satmışam. Daha sonra pulum bitib, yenə ora girmişəm. Bu dəfə də götürüb satanda polis əməkdaşları yaxınlaşıb satdıqlarımın sənədi soruşdu. O zaman tutuldum və 3 il iş aldım. Hər dəfə cəzam bitib çıxanda məhkum yoldaşlarım mənimlə zarafat edib deyir ki, sən məzuniyyətə gedirsən. Artıq bu, 7-ci məhkumluğumdur. Hər dəfə 2, 3, 4 il tutulmuşam. Çıxanda həmişə istəmişəm evlənim, iş qurum və s. alınmayıb. Çox peşman olmuşam. Bir dəfə içəridən çıxanda ticarətlə məşğul olmağa başladım, öz başımı saxlayırdım. Polis rəisi də tanıyırdı məni, görürdü. Sonra bir məhbus yoldaşım tapdı məni, dedim ki, gəl ticarət edək. Razılaşmadı, məni də çəkdi yanına, oğurluğa getdik. O, tutuldu, mən yox.

Elə ev olub ki, qızıl, pul və s. çox şey oğurlamışam. Bir evdə divardan asılmış tros sep götürmüşəm. Haradasa qiyməti 10 min olardı, mən su qiymətinə satmışdım. Bir dəfə də bir evə girmişdim, kameranın kabelini kəsdim girdim. Bir də gördüm ki, mühafizə polisi gəldi. Sən demə, mən həbsdə olanda hər şey dəyişilibmiş. Kameranın kabelini kəsəndə 4-5 saat "zaryadka" saxlayır və bir ucu mühafizə polisinə bağlıdır. Gəlib tutdular. Keçən dəfə də bir qoyun oğurladım maşına qoydum. Gördüm ki, polis məni güdür. Maşında yoxlanış etdilər, qoyunu görəndə dedim ki, özümünküdür. İnanmadılar, bölməyə apardılar, oradan da 4 il iş verdilər. Ailəm deyir ki, bir də tutulsan, yanına gəlməyəcəm, amma dözmürlər gəlirlər. Oğurluğa girəndə öz evim kimi girirdim. Dağıdırdım, yığırdım, hətta mətbəxtdə yemək olanda oturub yeyirdim. Bir dəfə ev sahibi evdə yatdığı halda oturub yemək yedim, soyuducudan əti, ərzaqları götürüb apardım. Onsuz da oğurladığım şeylərin pulu ilə ərzaq alacaqdım, buradan götürdüm. Heç kim oğurluq etməsin, hər yer kameradır. Başım çıxmır deyə tutuluram. Elə vaxt olub ki, 10 dəfə etmişəm tutulmamışam, 11-ci də tutulmuşam”.

Şərhlər

XƏBƏR LENTİ