SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Masazırda sahibsiz itlər kişini parçaladı – FOTO

Masazırda sahibsiz itlər kişini parçaladı – FOTO

Tarix:

20-09-2017, 15:36

/ 54 552 dəfə oxundu.
Masazırda sahibsiz itlər kişini parçaladı – FOTO

Abşeron rayonu, Masazır qəsəbəsində sahibsiz itlər 65 yaşlı Eldar Zamanova hücum ediblər.

bu barədə Ölkə.Az-a E.Zamanovun oğlu Natiq Zamanov məlumat verib. Onun sözlərinə görə, hadisə qəsəbənin Cantəpə adlanan məhəlləsində baş verib: "Burada çoxlu sahibsiz itlər var. May ayında yaxınlıqdakı məktəbə də hücum etmişdilər. Hətta 5-6 uşaq da xəsarət almışdı. Amma bu barədə heç yerdə xəbər verilmədi, heç bir tədbir də görmədilər. Dünən də sahibsiz itlər 65 yaşlı atama hücum ediblər. Təzəcə ürək əməliyyatı keçirib, iki dəfə infarkt olub. İtlər atamın başını dişləyib, qollarını parçalayıb. Hazırda "Semaşko"dadır".

N.Zamanov bildirib ki, sözügedən problemə görə məhəllədəki məktəblilər dərsə getmək istəmirlər: "Çünki hər an təhlükə var. Xahiş edirəm, bu məsələni ictimailəşdirin. Bəlkə, aidiyyəti qurumlar bir tədbir görərlər".
Masazırda sahibsiz itlər kişini parçaladı – FOTO
Masazırda sahibsiz itlər kişini parçaladı – FOTO
Masazırda sahibsiz itlər kişini parçaladı – FOTO
Masazırda sahibsiz itlər kişini parçaladı – FOTO

Şərhlər

XƏBƏR LENTİ