SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Bal yarmarkasının keçiriləcəyi vaxt bəlli oldu

Bal yarmarkasının keçiriləcəyi vaxt bəlli oldu

Tarix:

20-09-2017, 12:28

/ 56 279 dəfə oxundu.
Bal yarmarkasının keçiriləcəyi vaxt bəlli oldu

Kənd Təsərrüfatı Nazirliyi 2017-ci il oktyabrın 10-dan noyabrın 5-dək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanında (“A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasını keçirəcək. Nazirlikdən Modern.az-a bildirilib ki, sərgi-satış yarmarkasının açılışı 10 oktyabr tarixdə, saat 12:00-da olacaq.

Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını sentyabrın 19-dan 30-dək aşağıda göstərilmiş sənədlərlə birlikdə yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər:

- Şəxsiyyət vəsiqəsi
- Arıxananın baytarlıq pasportu (şəhadətnaməsi)
- Rayon baytarlıq idarəsindən verilmiş 2 nömrəli şəhadətnamə
- Rayon kənd təsərrüfatı idarəsindən arıçının qeydiyyatda olması barədə məktubu.

Yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və Respublika Baytarlıq Laboratoriyasında müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq. Yarmarkaya hazırlıq tədbirlərinin səmərəliliyini artırmaq və vaxt itkisinə yol verməmək məqsədilə arıçılıq məhsullarının anbara qəbulu iqtisadi rayonlar üzrə aşağıdakı tarixlərdə həyata keçiriləcək:

- Lənkəran iqtisadi rayonu üzrə - 18-20 sentyabr
- Kəlbəcər-Laçın və Yuxarı qarabağ iqtisadi rayonları üzrə - 21 sentyabr
- Gəncə-Qazax iqtisadi rayonu üzrə - 22-23 sentyabr
- Şəki-Zaqatala iqtisadi rayonu üzrə - 24-25 sentyabr
- Quba-Xaçmaz və Abşeron iqtisadi rayonları üzrə - 26 sentyabr
- Naxçıvan iqtisadi rayonu üzrə - 27-28 sentyabr
- Dağlıq şirvan iqtisadi rayonu üzrə - 29 sentyabr
- Aran iqtisadi rayonu üzrə - 30 sentyabr

Eyni zamanda, 2017-ci il oktyabrın 9-da şəffaflığın təmin edilməsi məqsədilə yerlərin iqtisadi rayonlar üzrə və fərdi qaydada püşkatması keçiriləcək. Püşkatmada bütün arıçıların iştirakı arzu olunur.

Şərhlər

XƏBƏR LENTİ