SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Elmar Vəliyevlə Alı Qocayevin Qarabağ əlilinə qarşı tükürpədici saxtakarlığı - Foto

Elmar Vəliyevlə Alı Qocayevin Qarabağ əlilinə qarşı tükürpədici saxtakarlığı - Foto

Tarix:

17-01-2017, 00:16

/ 3 166 dəfə oxundu.
Elmar Vəliyevlə Alı Qocayevin Qarabağ əlilinə qarşı tükürpədici saxtakarlığı - Foto

Samuxun Sərkar kənd sakini, 61 yaşlı Cəlal Musa oğlu Həsənov şikayət məktubu yazıb. O, yerli məmurların və hökumətin laqeydliyindən şikayətçidir

Şikayətçi 1981-1984-cü illərdə Əfqanıstan müharibəsində, həmçinin 1991-1993-cü illər Qarabağ müharibəsində iştirak edib. O, həm də Çernobıl əlilidir. C.Həsənov Qarabağda, Çıldıran ərazisində gedən döyüşlərdə minaya düşərək ayağının birini itirib.

Müalicədən sonra ata evinə qayıdan müharibə iştirakçısı köhnə kərpic evlərində məcburi köçkün ailəsinin yerləşdiyini görüb və bu səbəbdən də illərdir ki, kirayədə yaşayır.

1996 -ci ildə Samux Rayon İcra Hakimiyyəti (RİH) onun və ailəsini İnstitut qəsəbəsinin ərazisindəki yataqxanada yerləşdirib.

O vaxtdan bu günə qədər iki övladını o bir otaqlı köhnə binada böyüdən qazi sərhədlərini müdafiə etdiyi dövlətdən ev tikmək üçün bir parça torpaq ala bilmədiyindən şikayətlənir.

Müharibə əlili torpağın verilməsi üçün Samux RİH-nə müraciət edib. İcra hakimiyyəti öz növbəsində ona torpaq yerini göstərib.
Amma bu torpaq sahəsi sənədsiz verildiyindən 2016-ci ildə həmin ərazi Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən başqa şəxsə satılıb. Şikayətçi hazırda ona istənilən yerdə ev tikintisi üçün torpağın verilməsini istəsə də, yerli icra hakimiyyəti bu məsələyə laqeyd yanaşır.

Məsələ ilə bağlı Prezident Administirasiyasına, Nazirlər Kabinetinə, Ombudsmana Aparatına və Heydər Əliyev Fonduna müraciət edilib. Bəzi qurumlardan məsələnin araşdırılması ilə bağlı cavab alınsa da, hələlik heç bir nəticə yoxdur.

Beləliklə, Gəncə icra başçısı Elmar Vəliyevlə Samuxun icra hakimi Alı Qocayev torpaq üstündə gedən müharibələrdə əlil olan vətəndaşın torpağını da ona çox görüb.
Prezident köçkünlərə, şəhid ailələrinə, müharibə əlillərinə qayğı göstərir, onlara diqqət ayırır, ii icra başçısı isə Qarabağ əlilinin başına oyun açır.

Torpaq üstündə canını fəda edən adama bir qarış torpağı da çox görürlər. Görəsən Qocayevlə Vəliyevin ələ keçirdiyi hektarlarla ərazilər, tikdirdiyi imarətlərin belə bir problemi meydana gəlibmi? - Əsla.

Elmar Vəliyevlə Alı Qocayevin Qarabağ əlilinə qarşı tükürpədici saxtakarlığı

politika
Elmar Vəliyevlə Alı Qocayevin Qarabağ əlilinə qarşı tükürpədici saxtakarlığı - Foto
Elmar Vəliyevlə Alı Qocayevin Qarabağ əlilinə qarşı tükürpədici saxtakarlığı - Foto

Şərhlər

XƏBƏR LENTİ