SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sakinlər “lift aksiyası” keçirəcək – Cavabdehlərə XƏBƏRDARLIQ

Sakinlər “lift aksiyası” keçirəcək – Cavabdehlərə XƏBƏRDARLIQ

Tarix:

19-09-2017, 19:23

/ 54 637 dəfə oxundu.
Sakinlər “lift aksiyası” keçirəcək – Cavabdehlərə XƏBƏRDARLIQ

Jurnalist Səbuhi Məmmədli yaşadığı binada liftin işləməməsindən şikayətlidir. O bildirib ki, “Akkord” şirkəti və onun tikdiyi Abşeron Gənclər Şəhərciyinin nümayəndələri bu məsələ ilə əlaqədar məsuliyyət daşımalıdır:

“Bir gün kimsə bu şəhərciyin 27-ci blokunda ürək tutmasından öləcək. Blokda lift işləmir. İnsanlar hər gün bir neçə dəfə əlində ağır yük 11-ci mərtəbəyə qədər qalxır. Blokun çində zibildən tərpənmək olmur. Abşeron rayon İcra Hakimiyyətinin şöbə müdiri Azər Məmmədov şəxsən deyir ki, bu şəhərciyə görə cavabdeh deyillər. Xəstə, qoca, qucaqlarda uşaqlar, əllərdə ağır torbalarla hamı liftsiz qalxıb-düşür. Bir gün kiminsə ürəyi dayanacaq”.

S.Məmmədlinin sözlərinə görə, “Akkord” şirkəti də məsələ ilə əlqədar hər hansı münasibət bildirmir: “Şirkət də deyilənləri qulaqardına vurur. 2 gün ərzində lift düzəlməsə, Azərbaycanda bir yaşayış bloku aksiyaya başlayacaq. Yerli icra orqanı, yerli polis şöbəsi də məsələdən xəbərdar olsun”.

Şərhlər

XƏBƏR LENTİ