SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » “Allahşükür Paşazadənin yaxınları az danışsalar yaxşıdır...” – Şeyxin qohumlarına təpki

“Allahşükür Paşazadənin yaxınları az danışsalar yaxşıdır...” – Şeyxin qohumlarına təpki

Tarix:

19-09-2017, 16:07

/ 53 842 dəfə oxundu.
“Allahşükür Paşazadənin yaxınları az danışsalar yaxşıdır...” – Şeyxin qohumlarına təpki

Son günlərdə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin adının müxtəlif məsələlərdə hallanması Şeyxin yaxın qohumlarının açıqlamaları ilə əlaqələndirilir.

Bu barədə açıqlama verən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) direktoru Mübariz Əhmədoğlu bildirib. Onun sözlərinə görə, ətrafındakı bəzi şəxslərin yersiz davranışları Şeyxi hədəfə çevirir:

“Mən Allahşükür Paşazadənin adının mətbuatda bu sayaq hallandırılmasında onun yaxın qohumlarının, ilk növbədə isə qudası Hacı Qalib Salahzadənin açıqlamalarının böyük rol oynadığını düşünürəm.

Bu adam nə danışırsa, bir ucu gedib Allahşükür Paşazadəyə toxunur və nəticədə onun adı müzakirə mövzusuna çevrilir.

Ona görə də hesab edirəm ki, Şeyxin yaxın qohumları, həmçinin də Salahzadə az danışsalar, yaxşıdır. Danışanda isə Şeyxi zərbə altında qoyan fikirlər səsləndirməsinlər.

Allahşükür Paşazadə tək Azərbaycanda deyil, Qafqazda, dünyada tanınan nüfuzlu ruhani liderdir. Bu yaxınlarda Moskvada olub, Rusiya Patriarxı və erməni katolikosu ilə danışıqlar aparıb.

Qohumlarının açıqlamaları bəzi dairələrdə Şeyxlə bağlı müəyyən hərəkətlənmələrə səbəb olur. Onlar bunu nəzərə almalıdırlar.

Şəxsi yanaşmam bundan ibarətdir ki, mətbuatda Şeyxlə bağlı yaranmış ajiotaj bir neçə günə səngiyəcək”.

Yenicag.az

Şərhlər

XƏBƏR LENTİ