SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qubada məktəb problemi - Hələ də həll olunmayıb

Qubada məktəb problemi - Hələ də həll olunmayıb

Tarix:

19-09-2017, 13:17

/ 56 991 dəfə oxundu.
Qubada məktəb problemi - Hələ də həll olunmayıb

«Uşaqlarımız builki təhsil mövsümünə də kənd klubunda başladılar. Rayon rəhbərliyi söz vermişdi ki, kənd məktəbinə gedəcəklər. Getmişik, indi də deyirlər, «10 gün gözləyin, təmir yekunlaşacaq». Ancaq bunu hər il eşidirik deyə, adamların çoxunda inam qalmayıb». Bunu Qubanın Zərqava kəndində yaşayan Lütfiyyə Əmirova deyir.

Bu il sentyabrın 12-də kənd sakinləri AzadlıqRadiosuna üçüncü ildir ki, təmirinə başlanmış kənd məktəbinin yeni təhsil mövsümünə hazır olmayacağından narahatlıqlarını bildirmişdilər. Rayonun rəsmi qurumları isə yeni dərs ilinin ilk günü kənd şagirdlərinin təmirdən çıxmış məktəbə gedəcəklərini deyirdilər. Lakin kənd sakinləri bildirirlər ki, məktəb hələ də istifadəyə hazır deyil və şagirdlər hazırda dərslərini kənddəki qəzalı klubda keçirlər.

Sakinlərin sözlərinə görə, hazırda məktəbdə təmir işləri həqiqətən də sürətləndirilib. Ancaq iki il əvvəl Nazirlər Kabineti Zərqava kənd məktəbinin bərpasına 500 min manat vəsait ayırmasına baxmayaraq, təmir işlərinə bir neçə müəllimdən də maddi vəsait tələb olunub: «Binanın içərisinin divarları, pəncərələri hazırdır, ancaq döşəməsi və tavanı qalıb. Quba kəndlərində leysan mövsümüdür, leysan başlasa, bu işlər yenə də yarımçıq qalacaq. Bu işləri biz yayın ortasında məktəbin qarşısına toplaşıb etiraz edəndə görmək lazım idi, məktəb açılanda yox... Yenə də ümidimizi üzmürük».

Hazırda məktəblilərin sığındıqları kənd klubunun binası da qəzalıdır. Sakinlərin deməsinə görə, bina hər an uça bilər. Kənd məktəbindəki təmir yekunlaşmasa, şagirdlər bu qışı da soyuq, şəraitsiz klub binasında oturmalı olacaqlar.

Şərhlər

XƏBƏR LENTİ