SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » “Mən belə oğul böyütməmişəm” - Danışır, Fuad Poladov...

“Mən belə oğul böyütməmişəm” - Danışır, Fuad Poladov...

Tarix:

19-09-2017, 12:54

/ 36 626 dəfə oxundu.
“Mən belə oğul böyütməmişəm” - Danışır, Fuad Poladov...

Xəbər verdiyimiz kimi, Azərbaycanın xalq artisti Fuad Poladov ağır xəstəliyə tutulub. Milli Onkologiya Mərkəzində müalicə alan aktyora qırtlaq xərçəngindən əziyyət çəkir.

Bu xəbər sosial şəbəkə istifadəçilərini kədərləndirib. Onlar Poladovun görüntülərini paylaşaraq aktyora şəfa diləyiblər.

Bundan əlavə, xalq artistinin uzunmüddətdir ki, danışa bilmədiyi məlum olub. Elə bu səbəbdən F. Poladov Səməd Vurğun adına Rus Dram Teatrında "Mərasim" pyesi əsasında hazırlanmış tamaşaya qatıla bilməyib.

Bu arada qeyd edək ki, məşhur aktyorun çəkildiyi “Mələyin öpüşü” filminin bir neçə gün əvvəl təqdimatı olub.

Ekran işinin baş qəhrəmanlarından biri olan Oksana Rəsulova premyerada kino ulduzunun səhhətinin yaxşı olmadığını, bu səbəbdən qalaya qatılmadığını bildirib.

Bildirək ki, “Mələyin öpüşü” hələ ki, xalq artistinin çəkildiyi sonuncu filmidir. Kinonun fraqmanında onun unudulmaz səsini bir daha təqdim edirik:

Şərhlər

XƏBƏR LENTİ