SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Lerik təhsilinin ağlamalı günlər...

Lerik təhsilinin ağlamalı günlər...

Tarix:

23-08-2017, 16:42

/ 55 863 dəfə oxundu.
Lerik təhsilinin ağlamalı günlər...

Lerik rayon Siyov kənd, şəhid Mehman Qafarov adına tam orta məktəbin ibtidai sinif müəllimi Əliman Zeynalov ingilis dilindən dərs deyən iki xanım müəllim həmkarlarından şikayətçidir. Müəllim deyir ki, işlədiyi təhsil ocağı xanım həmkarlarının əsirinə çevrilib.
Pressclub.az-a danışan Əliman müəllim bildirir ki, adlarını bilmədiyi, üzlərini görmədiyi iki xanım ingilis dili dərsi tədris etməli olduqları halda, məktəbə addımlarını belə atmırlar. Onun sözlərinə görə, neçə tədris ilidir ki, məktəbdə ingilis dili dərsi keçilmir:
“Məktəbdə vəziyyət dözülməzdir. Uşaqlar qəbul imtahanına gedirlər, digər fənlərdən yaxşı nəticə göstərsələr də, ingilis dilindən sıfır nəticə ortaya çıxır. Bunun da səbəbi, fənnin tədris olunmamasıdır. Məktəb bu iki xanım ingilis dili müəllimlərinin əsirinə çevrilib. Bilinmir ki, bunlar kimdirlər, haradan gəliblər, adları nədir?! Biri Lənkəranda yaşayır, digəri isə Bakıda. Maraqlanırıq ki axı bu müəllimlər niyə gəlmirlər, özləri deyir ki, pulunu vermişik, gəlmirik”.
Əliman müəllim qeyd edib ki, dərs deməyə gəlməyən müəllimlər xəstəxanalardan saxta xəstəlik kağızları düzəltdirirlər, saxta analıq məzuniyyəti götürürlər: “Bununla da dərsə gəlməmə səbəbləri “üzürlü” sayılır. Bu xanımları əvvəkli direktor işə götürüb. İndi həmin direktoru işdən çıxarıblar. Yeni direktora deyirik, o da narazılığını rayon təhsil şöbəsinə bildirir. Təhsil şöbəsi isə deyir ki, bu müəllimlər analıq məzuniyyətindədirlər. Xəstəliklə bağlı o qədər arayış gətirdilər ki…. Sonda da, analıq məzuniyyəti haqqında bülleten açdırdılar. Özləri doğur, məktəbimizin təhsili isə sonsuz qalır”.
Müəllim saytımız vasitəsilə aidiyyətı qurumlara müraciət edir ki, Lerik rayon Siyov kənd, şəhid Mehman Qafarov adına tam orta məktəbdəki bu özbaşınalığa son qoyulsun.

Şərhlər

XƏBƏR LENTİ