SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Lider TV"də ixtisarlar: 100-ə yaxın işçi ixtisar olundu, verilişlər bağlandı

"Lider TV"də ixtisarlar: 100-ə yaxın işçi ixtisar olundu, verilişlər bağlandı

Tarix:

18-08-2017, 13:58

/ 119 657 dəfə oxundu.
"Lider TV"də ixtisarlar: 100-ə yaxın işçi ixtisar olundu, verilişlər bağlandı

"Lider TV" ətrafında söz-söhbətlər səngimək bilmir. Primetime.az-a daxil olan məlumata görə, işçilərin maaşlarının verilməməsi ilə yanaşı telekanalda ixtisarlar da aparılır.
"Lider TV"nin əməkdaşlarından birinin etdiyi müraciətdə telekenalda problemlərin yaşandığı, 80-ə yaxın işçinin vəzifəsindən uzaqlaşdırıldığı və 21 avqust tarixindən daha bir neçə çalışanın ixtisara düşəcəyini bildirib.
Həmin şəxs kanalda köklü dəyişikliklərin də baş verəcəyini qeyd edib. Belə ki, şou xarakterli proqramlar yayımdan qaldırılacaq, yalnız xəbərlər buraxılışı efirə gedəcək.
Bundan başqa, kanal artıq 24 saat deyil, 14 saat fəaliyyət göstərəcək. Səhər 08:00-da başlanan efir gecə 02:00-da sona çatacaq.
Sayt məlumatı dəqiqləşdirmək üçün telekanalın mətbuat katibi Sədan Bünyadova ilə əlaqə saxlayıb. O, yayılan xəbərin qismən doğru olduğunu vurğulayıb:
"Sizə məlumat verən kəsin kimliyin bilmirəm, amma yüksək vəzifədə olanların belə xəbərdar olmadığı məsələləri çox detallı şəkildə çatdırıb. Düzdür, dediklərinin hamısı dəqiq olmasa da, müəyyən qədər həqiqət var. Format tam şəkildə dəyişdirilir. Daha çox "Səda" xəbərlər departamentinin gücünü artıracağıq. Gün ərzində 6 xəbər buraxılışımız olacaq. İqtisadi, idman, mədəniyyət xəbərləri üçün də vaxt ayrılacaq. Analitik və maarifləndirici verilişlərimiz yeni mövsümdə davam edəcək. Biz hazırda telekanalın özünün əyləncə xarakterli verilişlərinin dayandırmışıq. Düzdür, onlar tətildədirlər. Amma yeni mövsümdən formata uyğun olmadığı üçün yayımlanmayacaqlar. Bunu ixtisarla əlaqələndirmək düzgün deyil. Hazırkı hədəfimiz vizual şəkildə daha operativ xəbər çatdırmaqdır".
S.Bünyadova prodakşnlar tərəfindən hazırlanan verilişlərin telekanalda yayımlana biləcəyini vurğulayıb:
"Keyfiyyətli, ən əsası bizim prinsiplərimizə uyğun məhsul hazırlayan prodakşnlara, öz verilişini "Lider TV"də görmək istəyənlərə yox demirik. Qapımız onların üzünə hər zaman açıqdır".
O, işçilərin ixtisar olunmasına və maaşların uzun müddət verilməməsinə də münasibət bildirib:
"Bir daha vurğulayıram ki, bu çalışanların işdən çıxarılması deyil. Biz heç kimi ixtisar etməmişik. Sadəcə format dəyişdiyi üçün verilişlər yayımlanmayacaq. Həmin verilişlərin aparıcıları yeni formatda məhsul hazırlamaq istəmirlərsə normal haldır ki, yollarımızı ayırırıq. Bu ixtisar deyil. Sadəcə kanalın yeni formatında özlərini görməyən insanların getməsidir. Maaşlara gəldikdə isə verilmir deyilməsi düzgün deyil. Bildiyiniz kimi, hazırda Azərbaycanda müəyyən çətinliklər yaşayırıq. Fikrimcə, hər bir sahədə bu var. Müəyyən qədər gecikmə baş verir və ya hissə ilə ödənilir. Verməmək deyə bir şey yoxdur. Bu onların haqqları və əməkləridir. Biz işçilərimizi qiymətləndirik. Düşünün ki, 5 ay maaş almadan necə işləmək olar? Bu qeyri-mümkündür. Gecə yayımının effektivliyini görmürük. Düşünürük ki, gecə 2-dən sonra fəaliyyət bizə lazım deyil. Onsuz da həmin vaxt təkrar verilişlər, filmlər yayımlanır. Elə buna görə də rəhbərlik qərar verdi ki, 24 saatlıq yayımdan 14 saatlıq yayıma keçək".

Şərhlər

XƏBƏR LENTİ