SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakının məşhur parkında hər an faciə baş verə bilər - GƏZƏN `TƏHLÜKƏ`

Bakının məşhur parkında hər an faciə baş verə bilər - GƏZƏN `TƏHLÜKƏ`

Tarix:

18-08-2017, 10:57

/ 116 922 dəfə oxundu.
Bakının məşhur parkında hər an faciə baş verə bilər - GƏZƏN `TƏHLÜKƏ`

İyulun 31-də Sumqayıtda sahibsiz itin 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızını dişlədiyi və azyaşlının quduzluq xəstəliyinə tutularaq dünən vəfat etdiyi haqda məlumat vermişdik.
Sahibsiz itlərin vətəndaşlara hücum etməsi haqda xəbərlər son zamanlar regionlardan da eşidilir (Neftçala, Cəlilabad, Şəki, Ucar, Ağstafa).
Paytaxt da bu təhlükədən sığortalanmayıb. Aylar öncə Bakının Nərimanov rayonunda sahibsiz it təxminən 40-45 yaşlarında bir qadını parçalamışdı. Binəqədi rayonunda da bir uşağı dişləmişdi. Bu qədər faciənin fonunda aidiyyətı qurumlar, hələ də, müşahidəçi mövqeyindədirlər.
"Koroğlu" metro stansiyasının yanında, Olimpiya şəhərciyinin qarşısındakı park tədricən sahibsiz itlərin məskəninə çevrilməkdədir. Sözügedən ərazidə günbəgün artan sahibsiz itlər əsl təhlükə mənbəyinə çevrilir. Əhalinin sıx olduğu ərazidə itlərin bir-biri ilə didişməsi artıq sakinlərin adət etdiyi adi hadisəyə çevrilib.
Parkdan çəkilmiş bir neçə fotonu təqdim edirik. Bu görüntülər insanların təhlükənin bir addımlığında olduqlarının göstəricisidir.
Bakının məşhur parkında hər an faciə baş verə bilər - GƏZƏN `TƏHLÜKƏ`
Bakının məşhur parkında hər an faciə baş verə bilər - GƏZƏN `TƏHLÜKƏ`
Bakının məşhur parkında hər an faciə baş verə bilər - GƏZƏN `TƏHLÜKƏ`
Bakının məşhur parkında hər an faciə baş verə bilər - GƏZƏN `TƏHLÜKƏ`

Şərhlər

XƏBƏR LENTİ