SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İcra hakimiyyətlərində kəmərsıxma - Maliyyə qənaəti

İcra hakimiyyətlərində kəmərsıxma - Maliyyə qənaəti

Tarix:

16-01-2017, 23:15

/ 1 762 dəfə oxundu.
İcra hakimiyyətlərində kəmərsıxma - Maliyyə qənaəti

Hakimiyyət xərcləri maksimum azaldır

Dövlət strukturlarında dəftərxana ləvazimatlarına və maddi-texniki bazanın yaxşılaşdırılmasına ayrılan vəsaitlər kəsilir.

Hökumət qənaət rejiminə icra hakimiyyəti strukturlarından start verib. Hər il büdcədən icra hakimiyyətlərinə dəftərxana ləvazimatları üçün maliyyə ayrılır.

Dotasiyaların dayandırılması fonunda bu xərclərin də kəsilməsi nəzərdə tutulub. Yanvardan etibarən icra strukturları öz daxili resursları hesabına bu xərcləri çəkməlidir.

Hökumət 2017-ci ildə ötən ilkindən də artıq qənaət etməyi planlaşdırıb. Mümkün qədər az məsrəf və daha çox büdcəyə vergi daxilolmaları nəzərdə tutulub.

Böhran şəraitində idarəçilik xərclərinin, dövlət dotasiyalarının azaldılması da başlıca məqsədlərdəndir.

Artıq bir neçə ildir ki, Bakı şəhəri də daxil olmaqla, bir sıra rayonlara dövlət büdcəsindən dotasiyaların verilməsi dayandırılmış, onlar özünümaliyyələşdirmə mexanizminə keçiblər.

Dövlət başçısı haqlı olaraq digər rayonların da bu mexanizmə keçmələrini, yerli xərclərin daxili gəlirlər hesabına təmin edilməsini vacib sayır.

Ən nəhayət, struktur islahatları çərçivəsində səhmlərində dövlətin payı olan bəzi şirkətlərin özəlləşdirilməyə çıxarılması antiböhran paketinin mühüm hədəflərindən biridir.

Özəlləşdirmə prosesi böyük həcmdə yerli və xarici investisiyaların ölkə iqtisadiyyatına axınını təmin edə, eyni zamanda, biznes mühitini yaxşılaşdıra, iqtisadi canlanmanı sürətləndirə bilər.

Şərhlər

XƏBƏR LENTİ