SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » “15 gün sonra kirayə evlər bahalaşacaq” - Ekspert

“15 gün sonra kirayə evlər bahalaşacaq” - Ekspert

Tarix:

29-07-2017, 12:47

/ 90 407 dəfə oxundu.
“15 gün sonra kirayə evlər bahalaşacaq” - Ekspert

"Bakıda daşınmaz əmlak bazarında ucuzlaşma var, lakin dinamik deyil”.

Bu sözləri açıqlamasında daşınmaz əmlak sahəsi üzrə ekspert Ramil Osmanlı deyib. Onun sözlərinə görə, ucuzlaşmanın azalmasına səbəb ipoteka ilə bağlı qəbul olunan qərarlardır: "İpoteka ilə bağlı qəbul olunan qərarlardan sonra ucuz mənzilərə olan təlabat və ucuz mənzillərdə qiymət azalması dayanıb. İlin əvvəli ilə iyun ayının sonuna kimi olan göstəricilərdə qiymət ucuzlaşması 10% -i ötmür. Hesab edirəm ki, ilin sonuna qədər daşınmaz əmlak bazarında ciddi bir dəyişiklik müşahidə olunmayacaq. Bunun üçün hər hansı bir iqtisadi səbəb də yoxdur. Nisbi azalma və stabil vəziyyət hökm sürəcək”.

Ekspert kirayə evlər bazarındakı vəziyyətdən də danışıb. O, hazırda bu sahədə durğunluq müşahidə olunduğunu vurğulayıb: "Kirayələrin əksəriyyətini tələbə kontingenti təşkil edir. Tələbələrin də tədrisin başa çatması ilə əlaqədar rayonlara üz tutması təklifin artmasına səbəb olur. Bu zaman kirayə evlərin ucuzlaşması müşahidə olunur. Bu tendesiyada təxminən avqust ayının ortalarına kimi davam edəcək. Yeni tədris ilində yenidən qiymətlərin artımı müşahidə olunacaq”.

Şərhlər

XƏBƏR LENTİ