SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Azərsu" Göyçayı dəhşətli fəlakətə sürükləyir - ŞİKAYƏT

"Azərsu" Göyçayı dəhşətli fəlakətə sürükləyir - ŞİKAYƏT

Tarix:

29-07-2017, 12:44

/ 90 299 dəfə oxundu.
"Azərsu" Göyçayı dəhşətli fəlakətə sürükləyir - ŞİKAYƏT

Yetişdirdiyi narın keyfiyyəti ilə keçmiş possovet məkanında ad çıxarmış Göyçay, həm də özünün möhtəşəm çinarları ilə də dillər əzbəridir. Göyçayın çinarları uzun illər şairlərin yaradıcılığında müstəsna yer tutub. Amma ürək ağrıdıcı haldır ki, 300 ildən artıq yaşı olan, özündə böyük bir tarix yaşadan Göyçay çinarları məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Bəs görəsən çinarların uyğun olmayan bir fəsildə, yayın başlanğıcında yarpaqlarını belə tez tökməsinə səbəb nədir?! Şəhər əhlisinin çoxusu deyir ki, ağaclar sulanmır, bərələrlə axan suyun yolu kəsildiyindən çinarlar quruyur. Əslində isə səbəb bu deyil. Çünki Göyçayın çinar ağaclarının dibinə diqqət edilsə, aydın şəkildə görünür ki, şəhər asfaltlanarkən demək olar ki, əksər ağacların, ənəlxüsus çinar ağaclarının dibi tamamilə asfaltlandığından onun bərə suyu ilə qidalanmasını mümkünsüz edir. Çinarların vaxtından tez yarpaqlarının tökməsinin köklü səbəbi barədə bir neçə gün apardığımız araşdırmalar və mütəxəssis rəyləri dəhşətli faktlar ortaya qoyur.

Mütəxəssislər deyir ki, çinar elə bir ağac növüdür ki, onun kökü yerin çox dərin qatlarına gedir və oradan da özünə lazımi miqdarda su götürür. Yəni mütəxəssislərin fikriycən çinar ağacının yerin dərinliyinə gedən kökü onun torpağın üstündə olan hündürlüyündən böyükdür. Belə çıxır ki. əgər bir çinar ağacının hündürlüyü 30 metrdirsə, deməli onun yerin dərin qatlarına gedən kökü də 30 metrdən artıq olmalıdır. Nəzərə alsaq ki, Göyçayın 300 ildə artıq yaşı olan çinarlarının torpağın üstündə olan hündürlüyü təxminən 40-50 metr arası olar, onda deyə bilərik ki, bu ağacların kökü azından 50 metr və daha çox yerin dərinliyində yerləşir. Bəs Göyçay çinarlarının gözümüzün önündə belə qurumasının başlıca səbəbi nədir?? Mütəxəssislər deyir ki, çinarların qurumasının başlıca səbəbi son illər "Azərsu" tərəfindən Göyçayın içmli su sisteminin yenidən qurulması olmuşdur. Belə ki, Göyçayın 50 mindən artıq şəhər sakinlərini içməli su ilə təmin etmək məqsədi ilə şəhərin aşağı hissəsində, Potu kəndi adlanan ərazidə 8 ədəd aretizan quyuları qazıldı. Bu aretizanlar vasitəsi ilə təxminən yerin100-200 metr dərinliyindən gündə 2000 tondan artıq su çıxarılaraq, 3.000 metr aralıda olan su anbarlarına vurulur və oradan yenidən şəhər əhalisinə verilir. Mütəxəssislər deyir ki, qazıln aretizanlar suyu yerin bir qədər yaxın dərin qatlarından nasoslar vasitəsi ilə sovurub çıxardığından çinar ağaclarının yerin dərinliyində olan kökləri lazımi qədər su ilə təmin olunmur. Nəticədə çinarların yarpaqlarının vaxtından tez tökməsinə və qurumasına gətirib çıxarır. Ciddi tədbir görülməsə, yaxın illərdə bu çinarlardan əsər-əlamət qalmayacaq.

Mütəxəssis rəyindən və apardığımız araşdırmalardan məlum olur ki, Göyçayın möhtəşəm çinarlarının yarpaqlarını erkən tökməsinə və qurumasına başlıca səbəb şəhərin aşağı hissəsində qazılan və oradan gündə 2 min tondan artıq nasoslar vasitəsi ilə suyun sovrulub çıxarılmasıdır. Bəs görəsən şəhər əhlisinin içməli su ilə təminatı üçün aretizan quyularının qazılmasını və belə uzaq məsafədən (3000 metr uzaqlıqdan) suyun anbarlara vurularaq yenidən əhliyə verilməsinə kim rəvac verib???!! Axı sovetlər dönəmində Göyçay əhlisinin suya olan ehtiyacını ödəmək üçün Göyçayın mərkəzindən keçən Göyçay çayı mühüm rol oynamışdır. Əvvəlan qeyd edək ki, 3 kilometr aralıda aretizan quyuları qazaraq oradan suyu xüsusi nasoslar vasitəsi ilə şəhərin yuxarı hissəsində olan su anbarlarına vurulması böyük xərc hesabına, təxminən ayda 30 min manata başa gəlir. Bu su Göyçay çayından vurulsaydı bu xərc xeyli az, cəmisi 3-5 min manat olardı. Digər tərəfdən aretizan suyunun tərkibində yodun və mineralların az olmasından böyrəklərdə və öd kisəsində daşların əmələ gəlməsinə, saçın və dişlərin erkən tökülməsinə səbəb olur. Çayın suyu isə həm ekoloji, həm də tibbi baxımdan kifayət qədər minerallarla zəngin olduğundan insanların sağlamlığına da müsbət təsiri var. Bir daha mütəxəssis rəyinə əsasən qeyd etmək istərdik ki, Göyçayın çinarlarının vaxtından əvvəl yarpaqlarının tökülməsinə və qurumasına başlıca səbəb "Azərsu" ASC-nin Göyçayın şəhər əhalisinin içməli su ilə təmin etmək məqsədi ilə şəhərin Potu kəndi ərazisində qazdırdığı aretizan quyularıdır ki, bu aretizanlar xüsusi nasoslar vasitəsi ilə suyu yerin dərin qatlarından sovurur, nəticədə isə çinarların yerin dərin qatından su götürən kökləri lazımi qədər su ilə təmin olunmur. Düzdür bu işi tenderdə qalib gələn "ATENA" şirkəti həyata keçirib. Amma sifarişçi "Azərsu" olduğundan məsuliyyət də onun üzərinə düşür. Göyçay çinarlarının erkən yarpaqlarının tökülməsinin və sürətlə qurumasının qarşısının alınması üçün aidiyyatı orqanlar, ənənlxüsus, Respublika Ekologiya və Təbii Sərvətlər nazirliyi tez bir zamanda hərəkətə keçməli və bu qorxunc halın qarşısını almalıdır. Əks təqdirdə yaxın bir neçə ildə Göyçayın çinarlarının möhtəşəmliyindən əsər-əlamət qalmayacaq və onlar tarixin qaranlıq səhifəsinə keçəcək. Şəklidə gördüyünüz dörd şaxəli çinar 1918-ci ilin iyun ayında ermənilərin Boz dağ adlanan yerdən atdığı top mərmisi nəticəsində sınmışdır, ammakökü bu torpağın dərinliyində olduğundan məhv olmadı, pöhrələndi, bir idi dörd oldu. Gəlin top mərmisinə sinə gərən. düşmən qarşısında məğrur dayanan Göyçay çinarlarını məhv olmaqdan qoruyaq.

Məqaləmi Göyçay torpağının böyük oğlu Rəsul Rzanın "Çinar" şeirinin iki misrası ilə bitirirəm:
BELƏ MƏĞRUR DAYANMAĞA HAQLIYAM,
MƏN KÖKÜMLƏ BU TORPAĞA BAĞLIYAM

İlqar Məhərəmli hüquq müdafiəçisi Göyçay rayonu
(055) 698-82-18

xalqxeber.az
"Azərsu" Göyçayı dəhşətli fəlakətə sürükləyir - ŞİKAYƏT
"Azərsu" Göyçayı dəhşətli fəlakətə sürükləyir - ŞİKAYƏT
"Azərsu" Göyçayı dəhşətli fəlakətə sürükləyir - ŞİKAYƏT
"Azərsu" Göyçayı dəhşətli fəlakətə sürükləyir - ŞİKAYƏT
"Azərsu" Göyçayı dəhşətli fəlakətə sürükləyir - ŞİKAYƏT
"Azərsu" Göyçayı dəhşətli fəlakətə sürükləyir - ŞİKAYƏT

Şərhlər

XƏBƏR LENTİ