SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Baba Rzayevin Neftçaladakı kadrı şəhid qardaşını ələ salır - İTTİHAM VAR

Baba Rzayevin Neftçaladakı kadrı şəhid qardaşını ələ salır - İTTİHAM VAR

Tarix:

29-07-2017, 12:08

/ 89 165 dəfə oxundu.
Baba Rzayevin Neftçaladakı kadrı şəhid qardaşını ələ salır - İTTİHAM VAR

Neftçala rayon Elektrik şəbəkəsinin rəisi Vurğun Şirəliyev rayonda abonentlərin gününü əməlli-başlı “qara edib”. İşıq idarəsi müdiri əhaliyə “gün verib, işıq vermir”.
Rayon sakinləri bildirirlər ki , borca görə sayğac aparırlar. Yas məclisində işıqları kəsirlər. Rayon Elektrik şəbəkəsinin rəisi deyir ki, heç kimi tanımıram, onun öz qaydaları var”.
Saytın redaksiyasına məktub ünvanlayan Neftçala rayon sakini Məmmədov İlyas Oktay oğlu şikayətində bildirib ki, rayon Elektrik şəbəkəsinin əməkdaşı Vidadi adlı şəxs heç bir qanunu əsas olmadan mənim mağazama gələrək işıq sayğacımızın plombunu qəsdən qıraraq, mənə qanunsuz olaraq 296 manat cərimə tədbiq edib.
Şikayətçi Məmmədov İlyas Oktay oğlu işiq idarəsinin əməkdaşı Vidadi adlı şəxsə şikayət edəcəyini bildirdikdə, o, bildirib ki, elə etmə ki, 1000 manatda əlavə cərimə yazım.
Bundan sonra vətəndaş Neftçala rayon işıq idarəsinin müdürü Vurğun Şirəliyevin yanına gedərək bu qanunsuzluq barəsində məlumat verib. İlyas Məmmədov bildirib ki, mənim qardaşım Məmmədov Elnur 1993 cı ildə Qarabağda şəhid olub. Biz bir dəfə belə olsun onun adından istifadə edib dövlətdən heçnə tələb etməmişik. Alın tərimizlə çörəyimi qazanıb ailəmi saxlayıram, amma ona belə icazə vermirsiniz. Cavabında isə kobudluqla üzləşib.Vurğun Şirəliyev vətəndaşa, “mənim qardaşımda Kompleks Qazma İşləri Trestinin rəisi İsgəndər Şirəliyevdir”- deyərək gülməyə başlayıb.
Neftçala sakini bildirir ki, rayon işıq idarəsinin müdürü Vurğun Şirəliyev belə saxtakarlıq və özbaşınalıq yolu ilə vətəndaşlara qanunsuz olaraq cərimələr tətbiq edir, saxta hesablamalarla borclar yazır.
Baba Rzayevin Neftçaladakı kadrı əhalini narazı salır
«Bu qanunsuzluq və özbaşınalığın qarşısını almaq üçün tədbir görülməsini istəyirəm» - deyən vətəndaşın haqlı narazılığına baxan yoxdur. Realliq.info-nun araşdırmalarına görə Vurğun Şirəliyev Biləsuvar rayonunda Elektrik şəbəkəsinin rəisi işləyəndə yol verdiyi nöqsanlara görə ordan qovulub. Qovulmasına baxmayaraq qardaşı İsgəndər Şirəliyevin sayəsində yenidən Neftçala rayonunun Elektrik şəbəkəsinin müdürü təyin olunub.
Mətbuatda Kompleks Qazma İşləri Trestinin rəisi Şirəliyev İsgəndər barəsində az yazılmır. Şirəliyevin Gülənciləri maliyyələşdirməsi barəsində ictimaiyyətə məlumatlar verilib. Lakin, hələ ki, Şirəliyevlər öz qaydalarına hakimdirlər.
Mövzuya qayıdacağıq.

Realliq.info

Şərhlər

XƏBƏR LENTİ