SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Şirvanda toy mərasimində bəyi əqrəb sancıb

Şirvanda toy mərasimində bəyi əqrəb sancıb

Tarix:

28-07-2017, 15:08

/ 112 395 dəfə oxundu.
Şirvanda toy mərasimində bəyi əqrəb sancıb

Şirvan şəhər sakinini əqrəb sancıb.

Hadisə Şirvandakı şadlıq saraylarından birində keçirilən toyda baş verib. Şadlıq sarayında toyu olan Şirvan sakini, 1990-cı il təvəllüdlü Dadaşov Elçin Eyvaz oğlunun əqrəb sancmasından sonra vəziyyəti ağırlaşıb.

E. Dadaşov Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, müvafiq tədbirlər görüldükdən sonra evə buraxılıb.

Eyni anda başqa bir Şirvan sakini, 1979-cu il təvəllüdlü Azayev Natiq Mikayıl oğlu da əqrəb sancması ilə reanimasiya şöbəsinə yerləşdirilib. Sonuncuya da yardım edildikdən sonra evə buraxılıb.

Şərhlər

XƏBƏR LENTİ