SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Monqolustan prezidenti ofşorlarda pulu olanlara 49 gün vaxt verdi

Monqolustan prezidenti ofşorlarda pulu olanlara 49 gün vaxt verdi

Tarix:

27-07-2017, 11:08

/ 114 068 dəfə oxundu.
Monqolustan prezidenti ofşorlarda pulu olanlara 49 gün vaxt verdi

Monqolustan prezidentin Xaltmaaqiyn Battulqa dövlət qulluqçularına və siyasətçilərə müraciət edib. Prezident onları ofşor zonalarda olan pullarını 49 gün ərzində vətənə qaytarsınlar.

Məlumata görə, Monqolustanın 49 vətəndaşının ofşorlarda hesabı var. Onların arasında kriminal pulların “yuyulmasında”, korrupsiyada və fırıldaqçılıqda şübhəli olan dövlət qulluqçuları, siyasətçilər və onlarla əlaqədə olan dairələr var.

Monqolustan prezidenti onlara iyulun 24-dən başlayaraq 49 gün ərzində pulları Monqolustanın Mərkəzi Bankı olan “MonqolBank”a köçürməyə çağırıb. Əgər qeyd olunan şəxslər çağırışa səs verməsə, onların hesabları barədə məlumatların açılması və ölkənin qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunacağı mümkündür.

Şərhlər

XƏBƏR LENTİ