SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Eks-deputatla komitə sədri əlbir olub: Kərəm Həsənov əmlakların özəlləşməsinə qarşı...

Eks-deputatla komitə sədri əlbir olub: Kərəm Həsənov əmlakların özəlləşməsinə qarşı...

Tarix:

23-07-2017, 22:34

/ 74 435 dəfə oxundu.
Eks-deputatla komitə sədri əlbir olub: Kərəm Həsənov əmlakların özəlləşməsinə qarşı...

Keçmiş deputat Miri Qənbərovun sədri olduğu “Azərkontrakt” dövlət korporasiyasının tərkibindəki əmlakların özəlləşdirilməsinə macal verilmir
Məlumata görə, qurumun “Azərmetal” Birliyinin və Nəqliyyat Müəssisəsinin kollektivi tərəfindən prezident İlham Əliyevə müraciətdə bu detal öz əksini tapıb. Kollektivin tezadlar.az-da dərc olunmuş müraciətində ciddi faktlara toxunulub.
Müraciətdə deyilir ki, Əmlak Komitəsinin mütəxəssisləri tərəfindən müvafiq araşdırma və sənədləşdirilmə aparılaraq idarələrimizin balansında qalan torpaq sahəsi və digər əmlakların hərraca çıxarılaraq satılması qərara alınıb.
Lakin Respublikanın ən ucqar bölgələrindəki çayxana və ticarət butkaları, sınıq-salxaq texnikalar hərraca çıxarılsa da, Bakı şəhərinin mərkəzində yerləşən əmlakın hərraca çıxarılması məlum olmayan səbəblərdən yubadılır. Yəni, demək istəyiblər ki, komitə sədri Kərəm Həsənov M.Qənbərovun sədri olduğu ASC-nin əmlakının auksiona çıxarılmasına imkan vermir. Hətta hər ikisu bu məsələdə əlbir olublar.
Hər dəfə Əmlak Komitəsinə etdiyimiz müraciətlərə isə cavab olaraq bildirirlər ki, guya yubanmanın səbəbi paytaxtın əsas yollarının üstündə yerləşən müəssisələr üçün Nazirlər Kabinetinin xüsusi qərarı olmalıdır.
Lakin Nazirlər Kabinetinin müvafiq strukturları ilə əlaqə saxladıqda məlum olur ki, heç də belə deyil.
Bu ərazilərə göz dikmiş hansısa məmurların uydurmasıdır və ümumiyyətlə, yuxarıda qeyd edilən Prezident Fərmanı Nazirlər Kabinetinə belə bir səlahiyyəti verməyib.
Məlumata görə, K.Həsənov sabiq deputatın korporasiyasına daxil olan əraziləri nəzarətində saxlayır.
Məsələn, Azərmetal» Birliyinin H.Əliyev prospektində, «Atletlər kəndi» ilə üzbəüzdə yerləşən inzibati binası və torpaq sahəsi uzun illər əvvəldən ayrı-ayrı məmurlar tərəfindən ələ keçirilib.
Müraciətdə deyilir: “Azərsutikinti” SC-nin sədri, Prezident Administrasiyasının sabiq şöbə müdiri olmuş Yusif Hümbətov öz səhmdar cəmiyyətini özəlləşdirib satıb-sovurması bəs etməyib, girişib bizim idarənin ərazisini ələ keçirməyə.
Və bazamızın torpaq sahəsini elə formada özəlləşdirib ələ keçirib ki, 12 ha sahədən bizə qalan 85 sot torpaq sahəsini necə özəlləşdirəcəyimizi bilmirik.
Neçə illərdir ki, hətta biz idarəmizə daxil ola bilmirik, birliyin darvazası Yusif Hümbətovun ələ keçirdiyi ərazidə qalıb.
Dövlət Əmlak Komitəsi Dövlət Kontrakt Korporasiyası «Azərkontrakt» Səhmdar Cəmiyyətinin təsis edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan lazımı tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
Vaxtilə Azərbaycanda metal sahəsində ən böyük baza olmuşuq. «Azkontrakt»ın balansına veriləndən tam fəaliyyətsizik.
Bu barədə dəfələrlə Kərəm Həsənova, «Azkontrak»ın prezidenti Miri Qənbərova müraciətlər yazılıb, amma heç bir faydası olmayıb”.

Ulus.Az

Şərhlər

XƏBƏR LENTİ