SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlıq uğurla davam etdirilir

Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlıq uğurla davam etdirilir

Tarix:

22-07-2017, 12:55

/ 112 299 dəfə oxundu.
Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlıq uğurla davam etdirilir

Dövlət siyasətinin prioritet istiqamətlərindən olan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın önəmini və qarşılıqlı təcrübənin paylaşılmasının əhəmiyyəti prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrin qurulması və daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyət uğurla davam etdirilir.

İyulun (Avqustun) 1-dən 7-dək Avstriya Respublikasının Laksenburq şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasında (IACA) “Təcrübə elmə qovuşur” mövzusunda keçirilən sayca 4-cü Yay Akademiyasında (IACSA) Azərbaycan Prokurorluğunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokurorları Natiq Eyvazov və Ziya Hacıyev təmsil etmişlər.

40-a yaxın dövlətin nümayəndələrinin iştirak etdiyi tədbirdə bir sıra nüfuzlu elm və araşdırma mərkəzlərinin professorları, beynəlxalq təşkilatların və şirkətlərin rəhbər şəxsləri, ekspertləri mü¬tə¬şək¬kil cinayətkarlığın ən təhlükəli təzahürü hesab edilən korrupsiyanın yaranma səbəbləri, onun qarşısının alınmasında qabaqcıl mübarizə üsulları, qabaqlayıcı tədbirlər, bu sahədə qarşılıqlı beynəlxalq əməkdaşlığın rolu və digər mövzularda məruzələr edilmişdir.

Tədbir iştirakçıları praktiki tapşırıqların həllində aktiv iştirak etmiş, müxtəlif mövzular üzrə təqdimatlar keçirilmiş, eləcə də interaktiv şəkildə keçirilən təlim zamanı iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılmışdır.

Az inkişaf etmiş ölkələrin nümayəndələrinin Akademiyada təhsil alaraq mənsub olduqları ölkələrdə korrupsiyaya qarşı mübarizəyə öz töhvələrini verə bilmələri üçün Yay Akademiyasının iştirakçılarının təşəbbüsü ilə könüllü ianə toplanılaraq IACA-nın təqaüd fonduna təqdim edilmişdir. Mütərəqqi addım kimi qiymətləndirilən bu təşəbbüs təşkilat tərəfindən sertifikatlaşdırılmışdır.

Tədbirin sonunda iştirakçılara IACSA-nı müvəffəqiyyətlə bitirmələrinə dair sertifikatlar təqdim olunmuşdur.

Şərhlər

XƏBƏR LENTİ