SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Zakir Qaralov vəzifəli şəxslər haqda cinayət işinin açılmasını tapşırdı

Zakir Qaralov vəzifəli şəxslər haqda cinayət işinin açılmasını tapşırdı

Tarix:

22-07-2017, 12:51

/ 112 386 dəfə oxundu.
Zakir Qaralov vəzifəli şəxslər haqda cinayət işinin açılmasını tapşırdı

Paytaxtın Nəsimi rayonu ərazisində “MİD-17” Mənzil Tikinti Kooperativi (MTK) tərəfindən qazıntı işlərinin aparılması zamanı müxtəlif cinsli (sərv və zeytun) 5 ədəd ağacın məhv edilməsi nəticəsində təbiətə 5100 manat məbləğində ziyan vurulması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, ilkin araşdırmalarla həmin torpaq sahəsinin istifadəyə ayrılmasına dair verilmiş ekoloji ekspertiza rəyində layihələndirmənin yalnız yaşıllıq altında olmayan boş sahədə aparılması tapşırılsa da, MTK-nın vəzifəli şəxsləri tərəfindən meşə qanunvericiliyi üzrə normativ aktların tələbləri kobud surətdə pozularaq xeyli miqdarda ziyan vurmaqla ağacların qanunsuz kəsilməsi hallarına yol verilməsi müəyyən edilib.

Həmin faktla bağlı Baş prokuror tərəfindən 22 iyul 2017-ci il tarixdə Cinayət Məcəlləsinin 259.2.3 (qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə tapşırılıb.

Hazırda qanunsuz ağac kəsmə faktları ilə bağlı başlanmış cinayət işləri üzrə təqsirkar şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həmçinin bu cür hallarla qarşılaşan vətəndaşlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Baş Prokurorluğa müraciət etmələri tövsiyə edilir.

Bütün fiziki və hüquqi şəxslərə qanunsuz ağac kəsilməsi hallarına yol verməmələri tövsiyə edilir və bu kimi hallara yol verən şəxslər barəsində qanunla nəzərdə tutulmuş qaydada ən ciddi cəza tədbirləri görüləcək.

Şərhlər

XƏBƏR LENTİ