SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Emin Ağalarovun həyatının ən xoş günü (FOTO)

Emin Ağalarovun həyatının ən xoş günü (FOTO)

Tarix:

22-07-2017, 12:33

/ 112 766 dəfə oxundu.
Emin Ağalarovun həyatının ən xoş günü (FOTO)

Rusiyada yaşayan azərbaycanlı iş adamı Araz Ağalarovun oğlu, musiqiçi - bəstəkar və müğənni Emin Ağalarov həyatının ən yaddaqalan günlərinin birindən danışıb. Emin bunun Elvis Preslinin evinə səyahət olduğunu deyib.

"O, mənim kumirim, ən sevimli ifaçım idi. Ona qarşı mənim sevgim 10 yaşımda anamın bağışladığı kaseti ilə başlayıb. Mən ona dəfələrlə qulaq asır, sözlərini əzbərləyirdim. Presli ilə tanış olmağı arzu edirdim", deyə o "hellomagazine.ru"jurnalına müsahibəsində bunu bildirib.

Müğənninin sözlərinə görə, Amerika turnesi zamanı Nyu-Yorkda və Los Ancelesdə "Qremmi" mükafatlı prodüsser Devid Foster onun qonağı olub. Konsertdən sonra onlar birlikdə baş tutan mərasim haqqında müzakirələr aparıblar. "Devid mənim Elvis Presli fanatı olduğumu bilirdi. O, isə 19 il onun qızlarından biri ilə ailəli olub, Elvisin həyat yoldaşı Pristsillanı şəxsən tanıyırdı".

Bu söhbətdən sonra ona naməlum nömrədən zəng gəlir. "Salam Emin. Bu Pristsilladır. Mən bu gün Devid Fosterlə danışmışam...". Həyəcan bundan sonra daha da artır. "O, qədər həyəcanlı anlar idiki, sanki mən bundan sonra sanki heç nə eşitmirdim. Pristsilla özü mənə zəng edib! İnan bilmirdim".

Bu danışıqdan sonra ifaçının həyat yoldaşı Emini Qreyslendə, onların birlikdə yaşadığı evə dəvət edib. Bu tanışlıqdan sonra növbəti gün onlar əfsanəvi müğənninin yaşadığı evə gediblər. Emin hazırda muzey olan evi böyük həyəcanla gəzməyindən də danışıb. Həyətdə isə Preslinin avtomobili və şəxsi təyyarəsi olub.

"Siz soruşursunuz ki, həyatda ən xoşbəxt gün hansıdır? Bu, arzularınızın reallaşdığı günlərdir. İndi Pristsilla ilə birlikdə Elvisin şousunu Moskvaya gətirmək istəyirik. Çünki arzuları reallaşdırmaq lazımdır. Devid Fosterə də bu hədiyyəyə görə təşəkkür edirəm. Bu günü mən heç zaman unutmayacağam".
Emin Ağalarovun həyatının ən xoş günü (FOTO)
Emin Ağalarovun həyatının ən xoş günü (FOTO)

Şərhlər

XƏBƏR LENTİ