SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Pudra təhlükə mənbəyi ola bilər

Pudra təhlükə mənbəyi ola bilər

Tarix:

22-07-2017, 12:11

/ 92 415 dəfə oxundu.
Pudra təhlükə mənbəyi ola bilər

Hər bir qadın üz və bədən üçün kosmetik vasitələrin istifadəsi zamanı onlardan necə istifadə etməyi bilməlidir. Yoxsa kosmetik vasitələr onun üçün təhlükə mənbəyi ola bilər. Ən çox kosmetikanı qadınlar işlətdiyi üçün onlar kosmetik vasitələrdən düzgün istifadə etməyi bilməlidirlər. Çünki yanlış seçim edib və ondan düzgün istifadə etmədikdə müxtəlif dəri xəstəlikləri yarana bilir. Dəri üçün patologiya yarada biləcək vasitələrdən biri də pudradır.
Pudra seçərkən onun keyfiyyətinə mütləq diqqət yetirilməlidir. Pudradan istifadə etməmişdən əvvəl dəriyə yüngül nəmləndirici krem sürtülməlidir. Bu pudranın tərkibindəki tozcuqların dəri məsamələrinə daxil olub allergiya əmələ gətirmənin qarşısını alır. Bundan başqa dəri məsamələrinə girmiş pudra tozcuqları oranı qıcıqlandırıb dəridə iltihabi proseslərin əmələ gəlməsinə səbəb ola bilir.
Alınan pudraya diqqət yetirmək lazımdır. Əgər pudra dəriyə sürtüldükdən sonra yaxşı oturursa, onu keyfiyyətli pudra saymaq olar.
Pudra seçərkən onun rənginin tonuna və qatılığına diqqət yetirmək lazımdır.
Unutmaq lazım deyil ki, pudra dəridəki ləkələrin üzərini ötrmək üçün vasitə deyil

Şərhlər

XƏBƏR LENTİ