SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda ana gənc qızını bıçaqladı

Bakıda ana gənc qızını bıçaqladı

Tarix:

22-07-2017, 11:52

/ 91 738 dəfə oxundu.
Bakıda ana gənc qızını bıçaqladı

Bakının Xəzər rayonunda ana gənc qızını bıçaqlayıb.

Qala qəsəbəsində yaşayan 1994-cü il təvəllüdlü Həmidova Cəmalə Nizami qızı yaşadığı evdə anası ilə mübahisə edib.

Nəticədə o, anası tərəfindən bıçaqlanaraq ağır xəsarətlər alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Hadisənin dəqiq səbəbləri Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılacaq araşdırmalardan sonra məlum olacaq.

Şərhlər

XƏBƏR LENTİ