SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ali Attestasiya Komissiyasında ilginc münaqişə - İDDİA

Ali Attestasiya Komissiyasında ilginc münaqişə - İDDİA

Tarix:

21-07-2017, 11:21

/ 115 312 dəfə oxundu.
Ali Attestasiya Komissiyasında ilginc münaqişə - İDDİA

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında inanılmaz və ilginc münaqişə baş verib. Attestasiya Komissiyası sədrinin səlahiyyətlərini icra edən sədr müavini, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Vəli Hüseynovla qurumun şöbə müdiri Lətifə xanım arasında baş verən insident zamanı, "elmimizin görkəmli nümayəndəsi” tabeçiliyində olan zərif cinsin nümayəndəsini hamının gözü qarşısında ağıla belə gəlməyən söyüşlərlə təhqir edib.
Münaqışə barədə müxbirimizə ətraflı məlumat verən, ancaq qurum rəhbərliyinin ona təziyq göstərəcəyindən ehtiyat edərək, adının açıqlanmasını istəməyən səxs qeyd etmişdir ki, hadisə ötən həftə komissiyanın ümumi yığıncağında baş vermişdir. Komissiya sədrinin səlahiyyətlərini icra edən Vəli Hüseynov qurumun əməkdaşlarının cağırdığı "ekstrennıy” yığıncağında bir qədər əsəbi, bir qədər də kobud şəkildə bildirmişdir ki, son vaxtlar burada baş verən bütün işlər haqqında müxtəlf orqanlara yerli-yataqlı informasiyalar ötürülür və komissiyada korrupsiya hallarının baş alıb getməsi haqqında "yalan” məlumatlar yayılır. Vəli Hüseynov heç bir arqument və fakt göstərmədən, məlumatların biləvasitə şöbə müdiri Lətifə xanım tərəfindən kənara ötürüldüyünü bildirərək, onu günahlandırmış və belə davam edərsə onu işdən qovacağı ilə hədələmişdir.
Lətifə xanım israrla V.Hüseynovun dediklərini təkzib edərək, heç yerə və heç kimə burada baş verənlər barədə məlumat vermədiyini bildirsə də, sədr əvəzi ona qulaq asmaq belə istəməmiş və şöbə müdirinin şərəf və ləyaqətini alçaldan ifadələr işlətməyə başlamışdır. Vəziyyət gərginləşmiş və son vaxtlara qədər Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri Fatma xanım Abdullazadənin yaxın qohumu olduğu üçün Lətifə xanımla,bəlkə də bu orqanda çalışan bütün əməkdaşlardan daha nəzakətlə və ehtiramla davranan V.Hüseynov sanki affekt vəziyyətə düşərək hamının gözü qarşısında söyüş və təhqiramiz ifadələr işlətməyə başlamışdır.
Hadisə barədə təfərrüatlara keçməmişdən əvvəl qeyd edək ki, yüksək ixtisaslı elmi və elmi pedaqoji kadrların attestasiyası sahəsində vahid dövlət siyasətini həyata keçirən, onların respublikanın tələbatına uyğun hazırlanmasında və səmərəli istifadə olunmasında, habelə elmin, texnikanın, təhsilin, mədəniyyətin və incəsənətin inkişaf perspektivlərinin öyrənilməsində iştirak edən ali dövlət qurumunda, nə qədər təəssüf doğurası hal olsa da, belə bir münaqişənin baş verməsi əslində gözlənilən idi. Çünki, Ali Attestasiya Komissiyasının sədri – görkəmli Azərbaycan alimi akademik Arif Şəfiyevin ötən ilin dekabrında vəfatından sonra bu dövlət orqanının fəaliyyəti haqqında heç də xoşagələn söhbətlər dolaşmır.
Məsələn, elmi ziyalılarının nümayəndələri kuluarlarda belə fikirlər səsləndirirlər ki, əvvəllər Komissityanın müvafiq strukturları tərəfindən 2, hətta 3 dəfə müdafiəyə buraxılmasından imtina olunan işlər son bir neçə ayda tez-tələsik müdafiəyə buraxılır və "uğurla” müdafiədən keçir. Bəzi elmi işlərin müdafiə vaxtı çatsa da onlar ya qəsdən yubadılır, ya da əsasnaməyə görə Ekspert Şuralarına göndərilmək əvəzinə qapalı rəylərə yönəldilir. Yaxud, Ekspert Şuralarının təsdiq etdiyi elmi işlərtəkrar qapalı rəylərə göndərilir. Beləliklə, dövlət qurumunda bir etimadsızlıq ab-havası yaradılır ki, bu da Ali Attestasiya Komissiyasının əsasnaməsindən deyil, dövlət orqanının sədri vəzifəsini icra edən Vəli Hüseynovun iş prinsiplərindən, istəyindən irəli gəlir.
Sədr əvəzi Vəli Hüseynovu daha çox qəzəbləndirən isə son vaxtlar Komissiyada ayaq açan korrupsiya hallarının artması haqqında məlumatların yayıllması olmuşdur və bu səbəbdən də qəzəb, söyüş və təhqir dolu çanaq şöbə müdiri Lətifə xanımın başında çatlamışdır.
Belə bir dövlət qurumunun, necə deyərlər, elmimizin nəzarət braxılış məntəqsinin rəhbərindən öz ünvanına ağlına belə gəlməyən çirkin ifadələr eşidən Lətifə xanım şərəf və ləyaqətinin müdafiəsi üçün məhkəməyə müraciət edəcəyini bildirəndə, Vəli Hüseynov sanki, yuxudan ayılıb. Yığıncaq vaxtından tez başa çatıb. Üstündən heç bir gün belə keçməmiş, Lətafət xanımın tam ciddi və məhkəməyə müraciət edəcəyində israrlı olduğunu ətrafının gətirdiyi xəbərlərdən qətiləşdirən sədr əvəzi Vəli Hüseynov onu kabinetinə dəvət edir. Sanki heç iclasdakı qəzəbdən dili dodağı əsən, qarşısındakının qadın olduğunun fərqinə belə varmayıb söyüş söyən, təhqir dolu ifadələr işlədən adam deyilmiş kimi peşmançılıqla üzr istəməyə, hətta böyük səhv etdiyini boynuna almağa başlayıb ki, bəlkə Lətifə xanım onu bağışlaya. Amma işin bu sonluqla bitməsini istəməyən, böhtan və təhqiri üstündən götürməyə, hər şeydən əvvəl insan, sonra qadın, daha sonra alim ləyaqətini qorumaq istəyən Lətifə xanım sədr əvəzi Vəli Hüseynovdan yenidən iclas çağırıb, bütün kollektivin qarşısında söylədiklərini geri götürməyi, sonra üzr istəməyi tələb edib. Məsələnin çox böyük fəsadlar verəcəyini, onun sədrliyə gedən yolunu belə bağlayacağını, bəlkə köhnə vəzifəsini belə itirəcəyini ayıq başla dərk edən Komissiyanın sədr əvəzi, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Vəli Hüseynov şöbə müdirinin bu tələbi ilə razılaşıb. Yenidən iclas çağrılıb, kollektiv salona toplaşıb və bu dəfə gördükləri, yeni bir Vəli Hüseynovun yalvarışlarla dolu etirafları, hətta söyüşləri belə öz ünvanına geri götürdüyünü deməsi hamıda dərin ikrah hissi doğurub. Münaqişəyə son verilib, amma Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında gedən proseslərə, baş verən qaranlıq olaylara hələ son verilməyəcək. Çünki, sədr əvəzi Vəli Hüseynov yerində möhkəm oturub...
Bütün bunlardan sonra dünyalarca məşhur olan Ezopun bir təmsili yadıma düşdü: Bir kor insanın əlinə hansı heyvanı verirdilərsə, o heyvana əlini sürtən kimi nə olduğunu dərhal deyirdi. Bir dəfə də onun qucağına bir canavar balası verdilər. O sakitcə əli ilə heyvanın tükünə əl sürtüb çox dərin düşünmədən dedi:”Bilmirəm bu hansı heyvanın – canavarınmı, tülkününmü və ya bunlara bənzərhansısa heyvanınmı balasıdır, ancaq bir şeyi bilirəm ki, yaxşısı budur onu qoyun sürüsünün arsına buraxmayın.

tezadlar.az

Şərhlər

XƏBƏR LENTİ