SON DƏQİQƏ
XalqXeber.Az » İdman » “Qəbələ” – “Yagelloniya” oyununun biletləri satışda

“Qəbələ” – “Yagelloniya” oyununun biletləri satışda

Tarix:

10-07-2017, 20:35

/ 75 273 dəfə oxundu.
“Qəbələ” – “Yagelloniya” oyununun biletləri satışda

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Qəbələ” – “Yagelloniya” (Polşa) oyununun biletləri satışa çıxarılıb.

Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun (“Gənclik” metrosu yaxınlığı) və “Bakcell Arena”nın (8-ci km stadionu) kassalarından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.

Qeyd edək ki, iyulun 13-də “Bakcell Arena”da (8-ci km stadionu) keçiriləcək “Qəbələ” – “Yagelloniya” matçı saat 21:00-da başlayacaq.

Şərhlər

XƏBƏR LENTİ