XalqXəbər.Az

Heydər Əliyev Kubokunun püşkü atıldı

yüklənir...
Heydər Əliyev Kubokunun püşkü atıldı
26-05-2017, 11:50
yüklənir...

Bu gün Heydər Əliyev Kubokuna start veriləcək.

Xalqxeber.Az-ın PFL-in istinadən verdiyi məlumata görə, Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək yarışda 4 komanda – “Araz Naxçıvan”, “Mil-Muğan”, “Zaqatala” və MOİK iştirak edəcəklər.

Artıq Naxçıvanda olan komandalar son məşqlərinə çıxıblar. Eyni zamanda, Peşəkar Futbol Liqasının və komanda nümayəndələrinin iştirakı ilə püşkatma mərasimi keçirilib. Bundan əlavə, yarışın əsasnaməsi barədə klublara məlumat verilib.

Püşkatmaya əsasən bu gün qarşılaşacaq cütlər aşağıdakı kimidir:

26 may

“Araz Naxçıvan” – “Mil-Muğan”, saat 12:00
“Zaqatala” – MOİK, saat 17:00

Qeyd edək ki, yarış Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə keçiriləcək.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.