SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Məcburi köçkünlər qəsəbəsində dava - Bıçaqlanan var

Məcburi köçkünlər qəsəbəsində dava - Bıçaqlanan var

Tarix:

25-05-2017, 10:44

/ 116 607 dəfə oxundu.
Məcburi köçkünlər qəsəbəsində dava - Bıçaqlanan var

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Hadisə məcburi köçkünlər üçün salınan yeni qəsəbədə qeydə alınıb.

Həmin qəsəbədə yaşayan 1994-cü il təvəllüdlü Samir Xəlilov bıçaqlanıb. O, ağır vəziyyətdə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Samir Xəlilovun kimin tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Şərhlər

XƏBƏR LENTİ