yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

1 milyon qazanan azərbaycanlı idmançıdan nüminəvi addım

1 milyon qazanan azərbaycanlı idmançıdan nüminəvi addım
18-05-2017, 17:50 109 911 dəfə baxılıb
yüklənir...

"Ruslan Lunyov IV İslam Həmrəyliyi Oyunlarında əldə etdiyi beş qızıl medala görə ödəniləcək mükafatın bir hissəsini Talassemiya Mərkəzinə köçürəcək"
Bu barədə azərbaycanlı idmançı-atıcı, IV İslam Həmrəyliyi Oyunlarının beşqat qalibi Ruslan Lunyovun anası İradə Aşumova bildirib.
"Onlar bu pulları qazanıb, axı söhbət medallardan gedir. Medalda heç kimin soyadı yazılmır. İnsan beş qızıl medal qazanıbsa, deməli, bu, onun və məşqçisinin nailiyyətidir. Xüsusən də mən, onun anası kimi, oğlumun necə çalışdığını, belə uğurlara hamsı çətinlikləri aşaraq nail olduğunu görmüşəm və görürəm", - İ.Aşumova vurğulayıb.
Onun sözlərinə görə, hazırda əsas məsələ dayanmamaq, çalışmağa davam etmək və "pulum var, heç nə etməyimə ehtiyac yoxdur" fikri ilə yaşamamaqdır.
Xatırladaq ki, İslamiadada hər qızıl medala görə azərbaycanlı idmançı 150 min manat mükafat alacaq. Eyni zamanda, onların məşqçiləri məbləğin 50%-ni qazanacaq. Qeyd edək ki, Ruslan Lunevin məşqçisi atası Vladimir Lunevdir.
R.Lunevin daha əvvəlki müxtəlif idman yarışlarında elə də yüksək olmayan göstəriciləri fonunda İslamiadada 5 qızıl medal qazanması məsələsini şərh edən İ.Aşumova oğlunun ötən il Rio de Janeyroda keçirilən Olimpiya Oyunlarında ilk dəfə çıxış etdiyini söyləyib.
"O, 15-ci oldu. Bizim üçün bu, əlbəttə, uğurlu çıxışdır. 26 yaşında, ilk dəfə Olimpiadada iştirak edə-edə, iki dəfə 15-ci yeri tutmağı normal qarşıladıq. Bunun uğurlu çıxış olduğunu hesab edirik. O, fevral ayında Hindistanda üçüncü yeri tutub, Sloveniyanın Maribor şəhərində keçirilən Avropa çempionatında digər idmançımız Nigar Nəsirova ilə miks şəklində üçüncü olublar", - İ.Aşumova qeyd edib.
Onun sözlərinə görə, R.Lunev Dünya Kubokunda iştirak etmək üçün artıq Almaniyanın Münhen şəhərinə yollanıb.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: addim, azerbaycanli, milyon, 1, qazanan, numinevi, idmanchidan
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

21-07-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ