SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Futbol millimiz qalib gəldi, qadın voleybolçularımızdan darmadağın - İslamiada

Futbol millimiz qalib gəldi, qadın voleybolçularımızdan darmadağın - İslamiada

Tarix:

12-05-2017, 10:30

/ 86 711 dəfə oxundu.
Futbol millimiz qalib gəldi, qadın voleybolçularımızdan darmadağın - İslamiada

Bakıda keçirilən 4-cü İslam Həmrəylik Oyunlarında dünən bir sıra yarışlar baş tutub.

xalqxeber.az xəbər verir ki, futbol üzrə milli komandamız qrupun ikinci görüşündə Səudiyyə Ərəbistanı ilə üz-üzə gəlib.

Yığmamız bu görüşdə 2:0 hesablı qələbə qazanıb.

Azərbaycan – Səudiyyə Ərəbistanı - 2:0
Qollar: Elşən Abdullayev, 67, Ağabala Ramazanov, 80

Qadınlardan ibarət həndbol millimiz isə Türkiyə yığması ilə qarşılaşıb. Komandamız bu görüşdə qalib gələ bilib. Bununla da həndbolçularımız yarımfinala yüksəlib.
İslam Həmrəyliyi Oyunları
Həndbol, qadınlar
Qrup mərhələsi, III tur

Azərbaycan – Türkiyə - 27:22 (10:8)
Hakimlər: Diana Floresku, Anamariya Stoya (hər ikisi Rumıniya)
“Sərhədçi” Olimpiya İdman Mərkəzi

Kişilərdən ibarət həndbolçularımız isə Əlcəzairə uduzub.

İslam Həmrəyliyi Oyunları
Həndbol (kişilər)
III tur

A qrupu
Azərbaycan – Əlcəzair – 22:35

Voleybol yarışlarında da oyunlar keçirilir. Kişilərdən ibarət voleybol milli komandamız Pakistan üzərində 3:0 hesablı qələbə qazanıb.

İslam Həmrəyliyi Oyunları
Voleybol, kişilər
I tur

Azərbaycan – Pakistan - 3:0 (25:22, 25:18, 25:21)

İslam Həmrəyliyi Oyunları
Voleybol, qadınlar
I tur

Qadın voleybolçulardan ibarət millimiz Qırğızıstan yığması ilə üz-üzə gəlib. Komandamız rəqibini darmadağın edib.

Azərbaycan – Qırğızıstan - 3:0 (25:7, 25:3, 25:8)

Şərhlər

XƏBƏR LENTİ