yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Tələbə Kuboku” mini futbol üzrə Nərimanov rayon turnirinin final oyunu və mükafatlandırma mərasimi keçirilib

“Tələbə Kuboku” mini futbol üzrə Nərimanov rayon turnirinin final oyunu və mükafatlandırma mərasimi keçirilib
5-05-2017, 08:54 141 908 dəfə baxılıb
yüklənir...

04 may 2017-ci il tarixdə Olimpiya İdman Növləri üzrə Təlim-Məşq Mərkəzinin stadionunda Nərimanov Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə “Tələbə Kuboku” mini futbol üzrə rayon turnirinin final oyunu və mükafatlandırma mərasimi keçirilib.
Turnirin bağlanış mərasimində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Azərbaycan Respublikası Təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti Firudin Qurbanov, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavinləri Şahmar İbadov, İlqar Mirzəyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin rəhbərliyi, tələbə-gənclər təşkilatlarının sədrləri və KİV nümayəndələri iştirak etmişdir.
Turnirin keçirilməsində məqsəd Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsini yad etmək, gənclərin asudə vaxtının səmərəli təşkil etmək, gənclərin fiziki sağlamlığını inkişaf etdirmək və idmana olan maraqlarını daha da artırmaq, kütləvi bədən tərbiyəsinə və idmana olan münasibəti hər tərəfli formalaşdırmaqdır.
Qeyd edək ki, turnirdə 13 komanda iştirak etmiş: Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, “Bakı Avrasiya” Universitetinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, “ADA” Universitetinin, “Təfəkkür” Universitetinin, “Odlar Yurdu” Universitetinin, Azərbaycan Kooperasiya Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dillər Universitetinin, Bakı Humanitar Kollecin, Bakı İdarəetmə və Texnologiya Kollecin və Bakı Biznes və Kooperasiya Kollecin komandaları. 
Turnirdə I yeri Azərbaycan Dillər Universitetinin komandası, II yeri Azərbaycan Kooperasiya Universitetinin komandası, III yeri isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası tutmuşdur.
Qaliblərin mükafatlandırma mərasimində dahi rəhbər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışılmış, Ulu öndər Heydər Əliyev siyasətinin, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətini diqqətə çatdıran natiqlər, Ümummilli Liderin ideyalarının Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirilmişdir.
Qalib komandalar təşkilatçılar tərəfindən müxtəlif dərəcəli diplom, kubok, medallar və hədiyyələr ilə təltif edilmişlər.
“Tələbə Kuboku” mini futbol üzrə Nərimanov rayon turnirinin final oyunu və mükafatlandırma mərasimi keçirilib
“Tələbə Kuboku” mini futbol üzrə Nərimanov rayon turnirinin final oyunu və mükafatlandırma mərasimi keçirilib
“Tələbə Kuboku” mini futbol üzrə Nərimanov rayon turnirinin final oyunu və mükafatlandırma mərasimi keçirilib
“Tələbə Kuboku” mini futbol üzrə Nərimanov rayon turnirinin final oyunu və mükafatlandırma mərasimi keçirilib
“Tələbə Kuboku” mini futbol üzrə Nərimanov rayon turnirinin final oyunu və mükafatlandırma mərasimi keçirilib
“Tələbə Kuboku” mini futbol üzrə Nərimanov rayon turnirinin final oyunu və mükafatlandırma mərasimi keçirilib
“Tələbə Kuboku” mini futbol üzrə Nərimanov rayon turnirinin final oyunu və mükafatlandırma mərasimi keçirilib


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Telebe, Nerimanov, oyunu, kechirilib, final, uzre, turnirinin, mini, rayon, Kuboku, ve, merasimi, futbol, mukafatlandirma
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

28-06-2017


24-06-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ