SON DƏQİQƏ
XalqXeber.Az » İdman » İsgəndər Xəlilova Azərbaycanda daha bir zərbə - Qurumunu "dağıdırlar"

İsgəndər Xəlilova Azərbaycanda daha bir zərbə - Qurumunu "dağıdırlar"

Tarix:

4-05-2017, 16:45

/ 141 064 dəfə oxundu.
İsgəndər Xəlilova Azərbaycanda daha bir zərbə - Qurumunu "dağıdırlar"

Bir neçə gün bundan öncə Bakının məşhur istirahət mərkəzlərindən olan Bakı Əyləncə Mərkəzinin (BƏM) yaxın günlərdə söküləcəyi deyildi. Hətta iddiaya görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən obyekt sahibinə xəbərdarlıq da göndərilib.

BƏM-in baş administratoru faktı təsdiqləyib. O, bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti əyləncə mərkəzinin söküləcəyi və yerində yeni infrastruktur yaradılacağı ilə bağlı BƏM rəhbərliyinə layihə təqdim edib. Lakin baş administrator onu da əlavə edib ki, əyləncə mərkəzinin rəhbərliyi müvafiq instansiyalarla danışıb və söküntü ilə bağlı qərarı dayandırıb. Obyekt hələ ki fəaliyyətini davam etdirir.

Məlumdur ki, İsgəndər Xəlilovun rəhbəri olduğu Azərbaycan Boulinq İdman Federasiyası da BƏM-də yerləşir.

Məlumata görə, bu məsələ federasiyanın fəaliyyətinə təsir edib.

Bildirilir ki, boulinq bundan sonra Azərbaycanda idman federasiyası kimi fəaliyyət göstərməyə bilər. ABİF yaxın zamanda aidiyyatı quruma bu barədə rəsmi məlumat da verməyi planlaşdırır. Bundan sonra Boulinq Azərbaycanda sadəcə, əyləncə xarakteri daşıyan oyun növü olacaq.
Federasiya daxilindən Yeniçağ.az-ın əldə etdiyi digər məlumata görə, bu “stop” qərarı müvəqqəti də ola bilər. Əgər söküntü işləri başlayarsa, yeni məkan axtarılacaq. Tapıldığı təqdirdə qurum yenidən fəaliyyətə başlayacaq. Amma bu zaman ABİF-də müəyyən dəyişikliklər olacaq. Yenidən qayıtsalar strukturda da güclənmə baş tutacaq.

Yeniçağ.az

Şərhlər

XƏBƏR LENTİ