yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Onun Bakıda borcu var... - “Bəlkə də ətrafında olan adamlar ona bu haqda məlumat verməyib”

Onun Bakıda borcu var... - “Bəlkə də ətrafında olan adamlar ona bu haqda məlumat verməyib”
2-05-2017, 15:29 59 000 dəfə baxılıb

Birvaxtlar ölkənin futbol səhnəsində adından söz etdirən, daim medallara iddialı olan, geniş azarkeş kütləsinə malik “Xəzər Lənkəran” artıq bir ildi fəaliyyətini dayandırıb. Klub rəhbərliyinin yarıtmaz idarəçiliyi onminlərlə cənublu futbolsevəri könül verdiyi komandadan, rəqiblərin cəhənnəm əzabı çəkdiyi “Fırtınalar meydanı”ndan ayrı salıb. Milyonları sağa-sola xərcləyən, futbol klubunu kriminal metodlarla idarə edən Mais Mənsimov – Tuyqun Nadirov cütlüyünün “zəhməti” sayəsində “ağ-yaşıllar”dan FİFA-ya qalaq-qalaq şikayət məktubları ünvanlanıb, kluba milyonlarla cərimə kəsilib.

Tandemin “ağ-yaşıl armadanı” məhvə sürüklədiyini, belə idarəçilik sisteminin sonunun olmadığını hamı görürdü, danışırdı, mətbuat həyəcan təbili çalırdı. Qısası, futboldan anlayışı olan 7-dən 77-yə hər kəs Lənkəran təmsilçisinin qara sonluğunu görürdü. Ancaq nədənsə hamının gördüyünü, duyduğunu “ağ-yaşıllar”ın fəxri prezidenti, dünyanın ən böyük 5 daşımaçılıq şirkətindən birinə sahib olan, “Palmali Holdinq”in rəhbəri Mübariz Mənsimov hiss etmədi, görmədi. Milyonlarının göyə sovrulmasına göz yumdu. Bu yerdə ortaya müəyyən suallar çıxır. Necə olur ki, deyilənlərə görə, Türkiyəyə qəpik-quruşla yollanan, sıfırdan iş qurub böyük biznes imperiyası yaradaraq milyonlara sahib olan Mübariz bəy qardaşının və Nadirovun onu aldatdığını, etimaddan sui-istifadə etdiklərini başa düşmədi? Necə oldu ki, tanınmış iş adamı hər il milyonlarla dollar xərcədiyi klubun iflasa sürükləndiyini hiss etmədi? Görürdüsə, niyə vaxtında tədbir görmürdü? Yaşananlardan xəbərsiz idisə, bu daha pis. Belə çıxır ki, ya fəxri prezident bilərəkdən belə şəraitin yaranmasına göz yumub ki, sabah bunu bəhanə edib klubun fəaliyyətini dayandırmağa qərar versin, ya da Mübariz bəy özü də qardaşı kimi yarıtmaz idarəçidi. Onun rəhbəri olduğu holdinqi də başqaları idarə edir, özü isə yalnız sənəd üzərində rəhbər funksiyasını daşıyır.

Mənsimovun zəif idarəçi olduğunu, kadr seçimində səhvə yol verdiyini göstərən daha bir məqam mətbuat xidməti ilə bağlıdı. Artıq neçə vaxtdı ki, “Xəzər Lənkəran”ın reklam müqaviləsinə görə “Futbol+”ə 9 min manat borcunun olduğunu, iki ildə vəsaiti ödəmədiyi haqda sosial şəbəkələrdə xəbərlər paylaşılır, dövri mətbuatda silsilə yazılar dərc olunur. Ancaq nədənsə qarşı tərəf buna reaksiya vermir. Sanki “Palmali”nin şefinin ətrafında toplaşan adamlar bilərəkdən Mübariz bəyin ictimaiyyət arasında nüfuzunun aşağılanmasına çalışır, hər cür vasitəylə buna münbit şərait yaradırlar. Əks halda iş adamının “bulağından su içən” mətbuat xidməti Mənsimovu hər şeydən xəbərdar edər, onun bu məsələyə reaksiyasını ortaya qoyardı. Onu da qeyd edək ki, sözügedən 9 min manat qəzetin əməkdaşlarının əməkhaqqı və qonorarıdı. Həmin jurnalistlər ki, isti-soyuq bilmədən, gecə-gündüz “Xəzər Lənkəran”ın oyunlarını işıqlandırıb, klubun təbliğatı ilə məşğul olub.

Məsələ ilə bağlı cənub bölgəsinin sayılıb-seçilən insanlarının da fikirlərini öyrənməyi lazım bildik. Görəsən, onlar yaşananlara necə münasibət bəsləyir? Bu məqsədlə öncə “Xəzər Lənkəran” azarkeşi kimi tanınan Baloğlan Əşrəfovla əlaqə saxladıq: “Xəzər Lənkəran”ın fəaliyyətini dayandırması bu klubun azarkeşi kimi məni də məyus etdi. Vaxt var idi komandanın oyunlarını izləmək üçün Bakıdan Lənkərana gedərdim. Çox təəssüf ki, o cür azarkeşə malik klub artıq yoxdu. Komanda niyə dağıldı? Bu suala Mübariz müəllim səhv etmirəmsə, müsahiblərinin birində cavab vermişdi. Demişdi ki, kimlərsə kluba ayrılan pulları düzgün istiqamətdə xərcləməyib. Həmin adamların kimlər olduğunu, milyonları nəyə xərclədiyini deyə bilmərəm. Görünən odu ki, əziyyət çəkən, futbolsuz qalan biz azarkeşlər olduq. Biz tərəfin gözəl adətlərindən biri də əmanətə xəyanət etməmək olub. Ancaq deyəsən, indi vəziyyət dəyişib. Mübariz müəllim gözəl insandı, onun acısını öz acım, onun sevincini öz sevincim kimi qəbul edirəm. O ki qaldı klubun qəzetinizə olan borcuna, nə deyim? Hər halda, bu cür məsələlər mətbuatda yox, kabinetlərdə həll olunmalıdı”.

Cənub Regional Futbol Federasiyasının prezidenti Sakin Məmmədzadə isə yaşananlardan Mübariz Mənsimovun xəbərsiz olduğunu bildirdi: “Artıq iki ildən çoxdu ki, mənim “Xəzər Lənkəran”la heç bir əlaqəm yoxdu. Özümə hörmət qoyduğumdam nə stadiona gedirəm, nə də klubun işləri ilə maraqlanıram. Klubla “Futbol+” arasında yaşanan borc məsələsi haqda məlumatlıyam. Bu məsələ ya qanun çərçivəsində, yəni məhkəmə yolu ilə həll olunmalı, ya da hər iki tərəfin nümayəndələri görüşüb ortaq məxrəcə gəlməlidi. Burda üçüncü variant yoxdu. Fikrimcə, yaşnanlardan Mübariz Mənsimovun xəbəri yoxdu. 9 min manat böyük məbləğ deyil ki, ona görə Mənsimov adının mətbuatda hallanmasına göz yumsun. Bəlkə də ətrafında olan adamlar ona bu haqda məlumat verməyib”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: bu, var, vermeyib, de, Onun, Belke, melumat, , haqda, adamlar, etrafinda, ona, Bakida, olan, borcu
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ