SON DƏQİQƏ
XalqXeber.Az » İdman » "Neftçi"də biabırçılıq: texniki məğlubiyyət veriləcək

"Neftçi"də biabırçılıq: texniki məğlubiyyət veriləcək

Tarix:

23-04-2017, 20:14

/ 54 186 dəfə oxundu.
"Neftçi"də biabırçılıq: texniki məğlubiyyət veriləcək

Azərbaycan Premyer Liqasının XXVII turunda “Neftçi” “Zirə” ilə qarşılaşıb. xalqxeber.az xəbər verir ki, "ağ-qaralar”ın baş məşqçisi Elxan Abdullayev oyunun gedişində əvəzetmə edərkən səhvə yol verib.

Belə ki, matça start heyətində 5 yerli futbolçu ilə başlayan paytaxt klubu Ruslan Abışovun Uqo Barqasla əvəzlənməsindən sonra meydanda 4 azərbaycanlı oyunçu ilə qalıb. Bu isə reqlamentin pozulması deməkdi. Reqlamentə əsasən, əcnəbi oyunçu limitinin pozan komanda texniki məğlubiyyətlə cəzalandırılır.

Oyundan sonra açıqlama verən Elxan Abdullayev bunu texniki səhv adlandırıb: "Başa düşmürəm, oyun başlamamış "istefa" qışqırmaq nə deməkdi? Axı, oyun başlamamış komandanı dəstəkləməyə gələn insanlar bu cür hərəkət etməz".

Qeyd edək ki, oyun 1:1 hesabı ilə yekunlaşıb.

Şərhlər

XƏBƏR LENTİ