SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Rövnəq Abdullayev AZAL-ın taleyi ilə bağlı danışdı

Rövnəq Abdullayev AZAL-ın taleyi ilə bağlı danışdı

Tarix:

22-04-2017, 14:38

/ 82 119 dəfə oxundu.
Rövnəq Abdullayev AZAL-ın taleyi ilə bağlı danışdı

Xəbər verdiyimiz kimi, bu gün “Neftçi” PFK-nın muzeyi açılıb.

Açılışda iştirak edən AFFA prezidenti Rövnəq Abdullayev muzeyin yaradılmasını futbol tarixində uğurlu addım hesab edib:

“İdmanda və futbolda tariximiz var, bunu da göstərmək üçün ən yaxşı vasitə muzeydir. Çox sevinirəm ki, “Neftçi” futbol klubu muzeyini yaradıb. Bu, bir komandanın yox, Azərbaycan futbol tarixinin muzeyidir. Mən düşünürəm ki, AFFA-nın təşkilatçılığı ilə gənclər, futbol məktəblərinin şagirdləri buraya cəlb olunmalıdır”.

Federasiya prezidenti AZAL-ın gələcəyi ilə bağlı sualları da cavablandırıb:

“Mən hələ AZAL-ın Premyer Liqadan gedəcəyini eşitməmişəm. Axırıncı yerdədir, baxılacaq. Əgər gələn olsa, lisenziya olsa, komanda birinci divizyona gedəcək. Hələ ki, bir komanda gələcək”.

Şərhlər

XƏBƏR LENTİ