SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Deputat millinin "üz qaraları"nı qovdurdu

Deputat millinin "üz qaraları"nı qovdurdu

Tarix:

18-04-2017, 09:13

/ 41 867 dəfə oxundu.
Deputat millinin "üz qaraları"nı qovdurdu

Üzgüçülük üzrə milli komandamız iki idmançı ilə yollarını ayırmaq qərarına gəlib. Federasiyaya yaxın mənbədən əldə etdiyimiz məlumata görə, Olimpiadada ölkəmizi təmsil etməsi üçün “milliləşdirilən” belarus əsilli Yevgeniy Lazuka və ukraynalı Oksana Hətəmxanovanın getdiyi bütün yarışlardan uğursuz qayıtması Federasiyanın bu qərarı verməsinə səbəb olub.
Vaxtı ilə bəh-bəhlə “milliləşdirilərək”, azərbaycanlı soyadı verilən Oksana Hətəmxanovanın göndərilməsi fikrində qəti olan Federasiya, Yevgeniy Lazukaya daha bir şans vermək istəyir. Bununla bağlı Federasiyada qapalı iclas keçirilib.
Xəbər verdiyimiz kimi Azərbaycan Üzgüçülük Federasiyasının rəhbəri, millət vəkili Xanlar Fətiyev İslam Həmrəylik Oyunlarında Azərbaycanı təmsil etmək üçün xaricdən idmançılar gətirilməsi barədə göstəriş vermişdi. Göstəriş yerinə yetirildi və komanda üçün yeni üzgüçü tapıldı. Hazırda həmin idmançının “milliləşməsi” baxımından müəyyən işlər görülür.
Qeyd edək ki, Yevgeniy Lazuka Azərbaycanı 2012-ci ildə London Olimpiya Oyunlarında (100 m. butterfly) təmsil edib. Lazuka 43 idmançı arasında 38-ci olmuşdu. Oksana Hətəmxanova isə (100 m. Brass) 46 idmançı arasında 44-cü nəticəni verib. O. Hətəmxanova 2008-ci il Olimpiya oyunlarında 46-cı yeri tutmuşdu.

Yeniçağ

Şərhlər

XƏBƏR LENTİ