SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Avropa oyunlarında niyə gerilədik?

Avropa oyunlarında niyə gerilədik?

Tarix:

1-07-2019, 18:30

/ 2 097 dəfə oxundu.
Avropa oyunlarında niyə gerilədik?

İlk Avropa oyunları 2015-ci ildə Azərbaycanda, ikinci Avropa oyunları isə bu il Belarusda keçirildi. Amma əvvəlki yarışla müqyisədə Azərbaycan kifayət qədər geriləyib, heç 5-liyə də daxil ola bilmədi.
“Yeni Sabah” xəbər verir ki, idmançılarımızın qazandığı 5 qızıl, 10 gümüş, 10 bürünc bizi 2-ci pillədən 10-cu pilləyə sürüklədi. İndi isə 2015-ci ildəki nəticəni diqqətinizə çatdırırıq: 21 qızıl, 15 gümüş və 20 bürünc, ümumilikdə 56 medal. Bəs bu qədər geriləməyimizə səbəb nə oldu?

Əsas səbəb bu yarışmanın ölkəmizdə keçirilərkən bunun idmançılarımıza verdiyi ruh yüksəkliyi deyildi, təbii. Əsas məsələ də, səbəb də başqadı. Sadəcə kiçik müqayisələr aparaq:

Sərbəst güləş üzrə qatılan 7 idmançıdan neçəsi yaxşı nəticə göstərdi? İkisi. Kimlər? Canı-qanı bu vətəndən, bu torpaqdan olanlar. Demirik ki, bütün əcnəbilər bizim ancaq çörəyimizi yeyib-təpik atmaqla məşğuldur. Deyirik ki, onlara verdiyiniz bir qismət çörəyi özümüzünkülərə verin və daha yaxşı nəticə görün.

Keçək digər məsələlərə. Bildiyiniz kimi, cüdo üzrə heç bir qızıl medal qazanmadıq. Yəqin, xatırlayırsınız. Bir gün içində 7 cüdoçunumuzun hamısı tatami üzərində məğlubiyyəti daddılar. Əlavə olaraq, Fransaya 0:4 hesablı məğlubiyyəti də nəzərinizə çatdırmaq istəyirik. Bu həm utandırıcıdır, həm də təəsüf doğuran.

Məğlubiyyətlərdən danışırıqsa, yaxşıları da demək borcumuzdur. Güləş üzrə qazanılan nəticəsində qazanılan nəticələr idmana ölmüş ümidlərimizi yaşatdı. Yenə də qayıdaq lap əvvələ. Ən çox öz həmvətənlərimiz sayəsində qazandığımız nəticələr çoxluq təşkil etdi, nəinki əcnəbi.

Bu kimi məsələlər federasiyaların üzərinə düşür. Bunlarla məşğul olmaq və yerli kadrlar yetişdirmək də məhz onların öhdəliyindədir. Legionerlərin ümidinə yox, yerlilərin qələbəsinə qalaq.

Şərhlər

XƏBƏR LENTİ