SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Azərbaycan futbolu haqda daha bir şok: Pulsuzluqdan gecə işləyirlər

Azərbaycan futbolu haqda daha bir şok: Pulsuzluqdan gecə işləyirlər

Tarix:

14-06-2019, 19:44

/ 1 642 dəfə oxundu.
Azərbaycan futbolu haqda daha bir şok: Pulsuzluqdan gecə işləyirlər

Regional liqada çıxış edən “Energetik” klubunun üzləşdiyi maliyyə problemləri ilə bağlı dünən xəbər vermişdik.
Klubun acınacaqlı durumu ilə bağlı daha bir məlumat əldə edib. Xəbərə görə, futbolçular məşqlərdən sonra yaşayışlarını təmin etmək üçün başqa işlərlə məşğul olmağa məcburdurlar.

“Elvin Əlizadə və Allahverdi Allahverdiyev “Plastition” klubda günə 5 manata, Zamir Cəlilov “Azərkabel”də gecə növbəsində usta, Vüsal İsmayılov FHN də Yanğın söndürmə idarəsində, Elgiz Ələsgərli isə məktəbdə müəllim işləyir.

Klubun maliyyə problemləri “Azenko”da Etibar Pirverdiyevin işdən çıxmasından sonra yaranıb. Bundan sonra şirkət komandanın yemək və yol pulunu kəsib”.

Qeyd edək ki, 2003-cü ildən Mingəçevir təmsilçisinə sponsorluq edən “Azenko” şirkəti yaxın günlərdə müqaviləyə xitam verib. Klub sponsor tapmasa, dağılma təhlükəsi ilə üz üzə qalacaq.

Şərhlər

XƏBƏR LENTİ