SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Tofiq Heydərov idmançılara ayaqqabı ala bilmir

Tofiq Heydərov idmançılara ayaqqabı ala bilmir

Tarix:

13-06-2019, 15:08

/ 1 605 dəfə oxundu.
Tofiq Heydərov idmançılara ayaqqabı ala bilmir

Tofiq Heydərov idmançılara ayaqqabı ala bilmir Ağır Atletika Federasiyası yenə maddi problemlə üz-üzə qalıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, maaşlar bir ildən çoxdur ki, verilmir. Həmçinin vəziyyət o yerə çatıb ki, idmançıların formaları və ağır atlet ayaqqabıları alınmır. Saytmıza verilən məlumata görə, idman ayaqabısını federasiyaya aldıra bilməyənlərdən biri də məhz Dadaş Dadaşbəylidir.

Dopinqə görə cəzalı olan idmançı cəzasının bitməsinə az müddət qalmış (dekabr) məşqlərini bərpa edib. Məşqçilərin də inandığı idmançı atlet ayaqqabısının cırıldığı ilə bağlı rəhbərliyə müraciət edib. Ona "imkanımız yoxdur" cavabı verilib. Daha sonra ikiqat dünya çempionu, veteran idmançı Nizami Paşayev öz zalında məşq edən tələbəsi üçün AAAF-ın baş katibi Rizvan Rəsulova zəng edib ki, "idman ayaqqabısı 300 manatdır, bunu ala bilmirsiz?". R.Rəsulov ona cavabında "Pul yoxdur, sən al. Biz nə vaxtsa sənə pulu qaytarararıq"-deyə bildirib. Uzun müddətdir idman ayaqqabısız qalan atlet üçün N.Paşayev R.Rəsulova dəfələrlə zəng etsə də, eyni cavabı alıb. Hətta baş katib bildirib ki, federasiyada pul yoxdur. Tofiq Heydərov deyib ki, ala bilmərik, vəziyyətimiz pisdir".

Unikal.org

Şərhlər

XƏBƏR LENTİ